Islam

İSLAM İQTİSADİYYATININ QANUNLARI

80995522-5424149

İslam iqtisadiyyatının bünövrəsini aşağıda qeyd olunan iki qanun təşkil edir:

 

1. İslam cəmiyyətində israfa yol verilməməlidir.

2. Müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır.

Müsəlmanlar bu iki qanuna əməl etsələr, onların iqtisadi çətinliklərinin əksəriyyəti həll olunacaqdır. Lakin bu iki qanundan əlavə islam iqtisadiyyatında bəzi cüzi məsələlər də vardır ki, onların düzgün icrası bütün iqtisadi problemləri aradan qaldıracaqdır. Nəticədə cəmiyyət yoxsulluqdan yaranan günahlardan saflaşacaqdır. Bu məsələlər aşağıdakılardır:

1. İslam dinində var-dövlət və sərvət “Əmanət” hesab olunur.

2. Təbiətdən (su, hava, dəniz, meşə, dağ, səhra) istifadə etməkdə hamı bərabərdir.

3. Təkcə fiziki işin köməyi ilə deyil, həm də yüksək ixtisaslı kadrların və elmi axtarışların da güclü fəaliyyəti iqtisadi yoxsulluğu aradan qaldırar.

4. Xeyirxah iş görmək ibadət hesab olunur.

5. İslam dinində həm cəmiyyətin hüquqları qorunur, həm də fərdi hüquqlar (başqa qruplarda isə təkcə fərdi hüquqlara ehtiram qoyulur).

6. İslamda hər hansı iş görmək müqəddəs məqsədlər üçündür. Qazanılan mal-dövlət də bu müqəddəs hədəflə bağlı olmalıdır.

7. İslam dinində qazanc dalınca getmək izzət və şərəf dalınca getmək deməkdir. Bunu İmamlarımızın hədislərində də görmək olur. İnsanın izzət və şərəfli olması isə onun düşmən qarşısındakı müqavimətini artırır. Deməli, nəticə alırıq ki, yoxsulluq düşmənin nüfuz etməsinə yol açır. Əksinə halal sərvət düşmənin nüfuzunun qabağını alır.

8. Fəhlənin muzduna xəyanət etmək ən böyük günahlardan sayılır.

9. Bu dünya və onda olan var-dövlət insan üçün son məqsəd yox, haqqa qovuşmaq üçün vasitədir.

10. Müsəlman olan şəxs həm dünyasını, həm də axirətini təmin etməlidir. Amma dünyanı buraxaraq təkcə axirətə yapışmaq və yaxud axirəti yaddan çıxarıb təkcə bu dünyanı fikirləşmək düz deyil.

11. Həm kişi, həm də qadın özlərinə münasib bir işdə işləməlidirlər. Məsum imamlardan biri buyurur:

طَلَبُ الْحَلالِ فَريضَةٌ عَلى كُلِّ مُسْلِم وَمُسْلِمَة

«Halal sərvət qazanmaq hər bir müsəlman kişiyə və qadına vacibdir».

12. İslamda dilənçilik qadağandır. İmamlardan birisi bir şəxsə buyurdu:

اِحْمَلْ عَلى رأسِكَ وَاسْتَغْنِ عَنِ النّاسِ

«Camaatın yükünü daşı, amma dilənçi olma».

13. İslamda yalançı və süni işlər qadağandır, (lazımsız dəllallar kimi).

14. Bütün din qabaqcılları işləyən adamlar olublar. Nuh peyğəmbər dülgər, Hud peyğəmbər tacir, İdris peyğəmbər dərzi və çoxları qoyunçuluq, əkinçilik və çobanlıqla məşğul idilər. Şüeyb peyğəmbərlə Musa peyğəmbərin əhvalatı bu baxımdan çox maraqlıdır:

Şüeyb Musaya dedi: Qızlarımın ikisindən birini sənə ərə vermək istəyirəm. Bu şərtlə ki, 8 il mənim üçün işləməlisən (çobanlıq etməlisən).

Sonra dedi:

وَما اُرِيدُ اَنْ اَشُقَّ عَلَيْكَ سَتَجِدُني اِنْشاءَ اللهِ مِنَ الصّالِحِينَ

«Səni çətinə salmaq niyyətim yoxdur. İnşaallah, məni yaxşı adamlardan biri kimi tanıyarsan.»

15. İslamda əkinçilik və qoyunçuluq kimi işlərə xüsusi diqqət yetirilir. İmamlardan nəql olunan bəzi hədislərdə oxuyuruq:

اِنَّكُمْ لَمَسْئولُونَ فِي الْبِقاعِ وَالْبَهائِم

«Sizdən (Qiyamət günü) əkin yerləri və heyvanlar haqqında soruşacaqlar».

16. Tənbəllik, iş dalınca getməmək və nəticədə öz yaşayış xərcini başqasının boynuna yıxmaq islamda ən böyük günahlardan biridir.

İslam Peyğəmbəri (s) buyurur:

مَلْعُون مَنْ اَلْقى كَلَّهُ عَلَى النّاسِ

«Allahın lənətinə gəlsin o şəxs ki, öz yaşayış xərcini ayrısının boynuna yıxır».

Peyğəmbərimizin (s) etdiyi dualardan biri də bu idi:

اَللَّهُمَّ بارِكْ لَنا فِي الْخُبْزِ وَلا تُفَرِّقْ بَيْنَنا وَبَيْنَهُ، فَلَوْلا الْخُبْز ما صَلَّيْنا وَلا صُمْنا وَلا اَدَّيْنا فَرائِضَ رَبّنا

«İlahi! Çörəyimizə bərəkət ver. Bizi heç vaxt çörəysiz qoyma. Əgər çörək olmasa namaz qılmarıq, oruc tutmarıq və vacib olan əməlləri yerinə yetirə bilmərik».

Əli ibni Həmzə deyir: Atam deyirdi ki, bir gün İmam Kazimi ayaqları tərləmiş halda işləyən gördüm. Ona yaxınlaşıb dedim: «Sənə qurban olum, bəs sənin səhabələrin haradadırlar» (ki səni işləməyə qoymasınlar).

O Həzrət buyurdu:

يا عَليُّ قَدْ عَمِلَ بِالْيَدِ مَنْ هُوَ خَيْرٌ مِنّي فِي اَرْضِهِ وَمِنْ اَبِي

«Ey Əli! Məndən və mənim atamdan da böyük insanlar öz əkin yerlərində əlləri ilə işləyirdilər.

Dedim: Onlar kim idilər?

O həzrət buyurdu:

رَسُولُ اللهِ وَاَميرُ الْمُؤْمِنينَ وَآبائِي كُلُّهُمْ قَدْ عِمِلُوا بَاَيْدِيهِمْ وَهُوَ مِنْ عَمَل النِّبِيِّينَ وَالْمُرْسَلِينَ وَالاْوْصِياء الصّالِحِينَ

«Onlar: İslam Peyğəmbəri (s), -İmam Əli və mənim bütün ata-babalarım. Onlar öz əlləri ilə işləyirdilər. Çünki bu cür işlər Peyğəmbərlərin və Allahın saleh bəndələrinin işləridir».

Möhsin Qəraəti

 

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button