AktualAktualArxivXəbər lentiXəbərlər

15 mart “Türk dilli Hüseynçi Şairlərin Beynəlxalq Konqresi”nə əsər göndərməyin son günüdür

Ərdəbil əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin müdiri deyib: “Türk dilli Hüseynçi Şairlərin İlk Beynəlxalq Konqresi” şəbaniyyə bayramları ilə eyni zamanda keçiriləcək. Konqresə əsər göndərmək istəyənlər üçün 15 marta (25 isfənd) kimi vaxt verilmişdir.

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbil əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin müdiri Seyid Nasir İshaqi deyib: “Türk dilli Hüseynçi Şairlərin İlk Beynəlxalq Konqresi” yeni ildə iki hissədə: müsabiqə və bütün yaş həddlərindən qonaqlar olmaqla, məzmun, üslub və (klassik, müasir, sərbəst, himn) şer sahələrində baş tutacaq.

Seyid Nasir İshaqi artırıb: “Tədqiqatçıların əsərləri üç mövzu üzrə: “Həzrət Məhəmməd Mustafa (s) rəhmət və mehribanlıq elçisi”, “Həzrət Əba Əbdillah Hüseyn (ə) eşqin ölməz ruhu zaman bədənində”, “Həzrət Əbəlfəz Abbas (ə) Bəni-Haşimin nurlu ayı” ola bilər”.

İslami İrşad və Mədəniyyət İdarəsinin müdiri konqresin keçirilmə vaxtı barədə məlumat verərək deyib: “Konqres 1395-ci ilin ordibehişt ayında Şəban ayının bayramları ilə eyni zamanda keçiriləcək”.

Həmçinin İshaqi bildirib ki, tədqiqatçılar öz əsərlərinin 15 marta kimi konqresin katiblliyinə göndərə bilərlər. O, əsərlərin mövzuları barədə daha geniş açıqlama verərək deyib: “Konqresin əsər toplantısı Rəsuli-əkrəmin (ə), həzrətimam Hüseynin (ə), həzrət Əbəlfəzin (ə) fəzilətləri, məhəbbəti, pak sünnəsi, mövludu, vilayəti, məhəbbəti, şəhadəti haqqında ola bilər.

Konqresin keçirilməsində əsas məqsədin əhli-beytin (ə) xalis mədəniyyətinin tanınması olduğunu vurğulayan İshaqi artırıb: “Mehribanlıq və rəhmət peyğəmbəri həzrət Məhəmmədin (s) anılması, hüseynçi mədəniyyətin və zəngin Aşura maarifinin yayılması və genişlənməsi, İslamın xalis şüarlarının tərvici, Əhli-beyt (ə) mədəniyyət xadimləri üçün mənəviyyatla dolu səmimi mühit yaratmaq, nəşriyyat, şer və ədəbiyyat sahələrinin xadimlərinin dəyərli əsərlərini qiymətləndirilmək konqresin hədəfində dayanmışdır”.

Mədəniyyət və İslam İrşadı İdarəsinin müdiri bildirib: “Tədqiqatçılar hər hissə üçün ən çoxu üç əsər konqresin katibliyinə göndərə bilərlər. Digər ölkələrdə yaşayan hüseynçi şairlər öz əsərlərini, konqresdə iştirak etmək ərizəsi ilə birlikdə yaşadıqları ölkədə İran İslam Respublikasının səfirliyinin mədəniyyət bölməsinə təqdim edə, yaxud da katibliyin ünvanına göndərə bilərlər”.

O qeyd edib ki, “Türk dilli Hüseynçi Şairlərin İlk Beynəlxalq Konqresi”Ərdəbil əyalətinin Ümumi Mədəniyyət Şurasının təşəbbüsü və Mədəniyyət və İslam İrşadı Nazirliyi, Mədəniyyət və Əlaqələr Təşkilatı, Ərdəbil valiliyi, Ərdəbil əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsi, Mədəniyyət və İncəsənət Mərkəzindən dəvət olunmuş qonaqların iştirakı ilə keçiriləcək.

Seyid Nasir İshaqi bildirib ki, maraqlananlar öz əsərlərini shaeranehosini@gmail.come-poçtuna da göndərə bilərlər.

O həmçinin vurğulayıb: “Konqresin 4 nəfər seçilmiş tədqiqatçısına konqresin nişanı, təqdir lövhü və hədiyyə təqdim ediləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button