AktualAktualArxivSosialXəbər lentiXəbərlər

Sionistlərin yeni təşəbbüsü; Azərbaycan və sionist rejimi parlament deputatları arasında onlayn konfrans

Azərbaycan-sionist rejim Parlamentlərarası Dosltuq Qrupunun üzvləri onlayn-konfransda “İsrail-Azərbaycan Respublikası strateji əməkdaşlığa” təkid ediblər.

Qafqaz Həqiqətləri “Azərtac”-a istinadla xəbər verir ki, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının rəhbəri, Azərbaycan Milli Məclisinin sionist-yəhudi deputatı Anatoli Rafailovun təşəbbüsü, “İsraildə Azərbaycan Evi”nin təşkilati dəstəyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sionist rejimindəki nümayəndəliyinin rəhbəri Arye Qutun moderatorluğu ilə pandemiya dövründə ilk dəfə olaraq “Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda onlayn-konfrans keçirilib.

Onlayn konfransda Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının üzvləri, Milli Məclisin deputatları Anatoli Rafailov, Asim Mollazadə, Ramin Məmmədov və Şahin Seyidzadə, habelə sionist rejimi knessetinin deputatları – “İsrail bizim evimizdir” partiyasından Yevgeni Sova, “Yeş-Atid-Telem” partiyasından Andrey Kojinov, Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov və sionist rejiminin müharibə nazirinin keçmiş müavini Efraim Sne iştirak ediblər.

Qeyd edək ki, son aylarda sionist rejimi Cənubi Qafqazda, xüsusilə də Azərbaycan və Ermənistanda öz nüfuzunu daha çox genişləndirmək məqsədilə təlaş və təşəbbüslərin diqqətiçəkən həddə artırmışdır. Bu təlaşların nəticəsində adı sadalanan ölkələr sionist rejimilə münasibətləri genişləndirmək üçün qeyri-sağlam rəqabətə giriblər. Məlumdur ki, belə münasibətlər daha çox sionist rejiminin maraqlarını təmin edir və bu ölkələrin özü ondan heç bir fayda götürmür.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button