ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Sionistlərin Seyid Həsən Nəsrullahla bağlı etirafı

İsrai rejiminin Mossad kəşfiyyat xidmətinə yaxınlığı ilə tanınan Debka saytı Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın iyulun 12-si etdiyi çıxışına reaksiya verərək, onun layiqli bir lider və ağıllı strateq olduğunu bildirib.Parstoday

Debka saytında gedən yazıda qeyd olunub ki, Seyid Həsən Nəsrullah çox təmkinli və eyni zamanda hikmətli bir liderdir. Nə deyəcəyini, nə deməməli olduğunu yaxşı bilir.

Yazıda Hizbullah liderinin çıxışında bu hərəkatın raketlərinin işğal altındakı Fələstində hansı hədəfləri vuracağı ilə bağlı ətraflı xəritə çəkdiyi, Təl-Əvivdə Ben Qurion hava limanı və İsrail rejiminin elektrik qurumuna aid enerji stansiyalarının bu vəzifələrin arasında olduğu qeyd olunub.

Bu arada, İsrail rejiminin baş naziri Binyamin Netanyahu Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın İsrail rejiminin hər yerini hədəfə ala biləcəkləri hədəsinə cavab olaraq, Livana sarsıdıcı bir hücum etməklə təhdid edib.

Netanyahu nazirlərin həftəlik toplantısında, Hizbullah liderinin açıqlamalarını müzakirə edərək, belə deyib: “Həftəsonu ərzində Seyid Həsən Nəsrullahın bizə hücum planlarını eşitdik. Bu bilinməlidir ki, əgər Hizbullah bizə hücum etməyə cəhd etsə, onu və Livanı böyük bir hərbi zərbə ilə vuracağıq. Mən Seyid Həsən Nəsrullahın əksinə, hücum planlarımızın təfərrüatlarını açıqlamayacam. Ancaq təkcə ona, illərlə qazdıqları tunelləri bir neçə gün ərzində necə dağıtdığımızı xatırlatmaq istəyirəm”.

Xatırladaq ki, Seyid Həsən Nəsrullah İsrail rejiminin Hizbullaha və Livana qarşı 2006-cı ildə başlatdığı hücumun 13-cü ili münasibətilə Livanın Əl-Mənar televiziyasına verdiyi xüsusi müsahibəsində İsrail rejiminin hər yerini hədəfə almaqla təhdid edərək, belə demişdi: “İsrail rejimini vurmaq üçün nüvə silahlarına və ya minlərlə raketə ehtiyacı yoxdur, sadəcə Hayfa limanındakı amonyak sisternlərinə bir raketin düşməsi kifayətdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button