ArxivIslamXəbər lentiXəbərlər

Sionist general: Hizbullahın raketləri İsrailin infrastrukturlarını iflic edəcək

Sionist rejimin Livanın cənubundan geri çəkilməsinin 20-ci ildönümü ilə eyni zamanda sionist generallardan biri bu rejimin gələcək müharibədə daxili cəbhəni qorumağa gücünün olmadığını vurğulayıb.
Sionist rejimin ehtiyatda olan komandiri general İshaq Brik bu rejimin vəziyyətini acınacaqlı adlandıraraq deyib: “Ev yerindədir, amma uçurum pik həddinə çatıb.”

General Brik “Haaretz” qəzetində dərc olunan məqaləsində sionist rejimi ordusunun müştərək qərargahının rəisi Afif Kokhafinin gələcək çətin və əzici müharibəyə zehinləri hazırlamağın lüzumu haqda verdiyi açıqlamaya toxunaraq yazıb ki, Kokhafinin məqsədi Qəzzə, Livan, Suriya, İraq və hətta İrandan İsrailə atılacaq raketlər təhdididir.

Brik əlavə edib: “İsrailin şimal və cənubdan atəş altında qaldığı ikinci Livan müharibəsindən 14 il ötür. O vaxtdan indiyə kimi silahlar daha müasirləşib, regionda döyüş qaydaları dəyişib. Düşmən də bu məsələni çox yaxşı bilir, ümid dolu intizarla 250 min raketdən istifadə edərək İsraili məhv etməyi gözləyir.”
Sionist general vurğulayıb ki, İsrail 250 min raketə uyğun cavab vermək gücündə deyil və orta hesabla hər gün 3 min raket İsrailin daxili cəbhəsinə atılacaq. Bu raketlərdən bəziləri yüzlərlə kiloqram ağırlığında partlayıcı maddələr daşıyan hədəfi dəqiq vuran raketlərdir.
O daha sonra yazıb: “İsrail gələcəkdə bir neçə cəbhədə döyüşməyə məcbur olacaq. Qəzzədə Həmas və İslami Cihadla mübarizədən əlavə, Hizbullah və 1000 ədəd tankı, piyada bölmələri və komandoları olan Suriya ordusu ilə də döyüşməlidir. Bu məsələ ordu hərbçilərinin etirazına səbəb olmuşdur və onlar təkid edirlər ki, bu raketlər minlərlə insanın ölməsinə, infrastrukturların dağılmasına və çoxlu xarabalıqların yaranmasına bais olacaq.”

Sionist general məqaləsinin davamında bunu da qeyd edib ki, gələcək müharibədə daxili cəbhənin əsas döyüş səhnəsinə çevriləcəyinə baxmayaraq, ordu və dövlət son illərdə bu mövzuya o qədər də diqqət yetirməyib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button