AktualAktualArxivIslamXəbər lentiXəbərlər

“Silah satan dövlətlərə ədalətin bərqərar edilməsi maraqlı deyil”

Rövşən Əhmədli: İsrail və Ermənistan özlərinə aid olmayan ərazidə qondarma dövlət yaradıblar
Ermənistan Təl-Əvivdə səfirlik açmaqla İsraildə səfirliyi olan 90-cı ölkəyə çevrildi. İsrailin XİN rəhbəri İsrael Kats çıxış edərək Ermənistanın bu addımını yüksək qiymətləndirib və iki ölkə münasibətlərində yeni mərhələnin açıldığını vurğulayıb.
Nəzərə alsaq ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edərək bölgədə stabillik və sülhə qarşı çıxır, atılan bu diplomatik addım Azərbaycana qarşı hansı təhlükələrə yol aça bilər?
Hadisəyə münasibət bildirən politoloq, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli hesab edir ki, İsrail rejimi ilə Ermənistan adlı işğalçı dövlət eyni mahiyyəti daşıyır və hər ikisi özünə aid olmayan, qəsb edilmiş ərazilərdə hərbi cinayətlər törətməklə qondarma dövlət yaradıb:
“Necə ki, ermənilər törətdikləri fitnəkarlıqlardan dolayı hazırki ərazilərə köçürülüblər, eyni ilə yəhudilər İkinci Dünya müharibəsindən sonra beynəlxalq güclərin vasitəsi ilə Fələstin ərazilərinə yerləşdirilərək qondarma sionist rejim ərsəyə gətirilib. Digər tərəfdən, hər iki dövlət BMT qətnamələrinə əməl etməyərək, öz təcavüzkar siyasətlərini davam etdirirlər.
Bütün bu oxşarlıqlar heç də təsadüfi deyil. Bu tip irticaçı dövlətlər vasitəsiylə beynəlxalq güclər öz çirkin fəaliyyətlərini yerinə yetirmiş olurlar. Doğrusu, bu məsələdə, məni daha çox Azərbyacan siyasi hakimiyyətinin hansı addım atacağı maraqlandırır. Biz dost ilə düşməni zamanında ayırd etməyi bacarmasaq, gələcəkdə onlarının maraqlarının qurbanlarına çevrilə bilərik”.
Bəs, Ermənistan bu əməkdışlıqdan yararlanıb öz silah arsenalını bizimlə balanslaşdıra bilərmi?
Sualı cavablandıran ekspert, “Ermənistan o iqtisadi gücə malik deyil ki, yüksək qiymətlərə malik müasir silahlar əldə etsin. Başqa tərəfdən, Azərbaycanın müasir silahları işğal edilmiş ərazilərimizin azad edilməsinə səbəb olmursa, o zaman bu silahların keyfiyyəti, kimdən və neçəyə alınması nə əhəmiyyət daşıyır? Silah satan dövlətlər öz iqtisadi bəhrələrini götürürlər və ədalətin bərqərar edilməsi onların maraq dairələrinə daxil deyil”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button