IslamMüsahibə

Seyyid Həsən Nəsrullah şəxsi həyatı barədə müsahibə verdi

Livanın «Əl-Əxbar» qəzeti Hizbullah təşilatının lideri Seyid Həsən Nəsrullahıdan şəxsi həyatı ilə bağlı müsahibə alıb. AzadXeber.net verilən sualları və Seyid Nəsrullahın cavablarını təqdim edir:

 Futboldan xoşunuz gəlirmi? 
Bəli futbolu sevirəm. Əmmamə qoymamışdan əvvəl oynayırdım. Daha sonra dostlarımla futbol oynamağa davam etdim.
– Hansısa komandaya azarkeşlik edirsinizmi?
Əvvəllər fərqlilik olsun deyə Braziliya və Argentina komandalarına azarkeşlik edirdim. Xüsusilə də Maradonanın oynadığı vaxtlarda. Onun performansını çox bəyənirdim.
– Futbol üzrə dünya çempionatında hansısa komandaya azarkeşlik edirsinizmi?
Ətrafımdakı insanlar mənim Braziliya komandasına azarkeşik etdiyimi deyirlər. Amma əslində heç bir komandaya azarkeşlik etmirəm. Hizbullah yaxşı performansı və taktikalarından dolayı Braziliyaya daha yaxındır. Bəziləri bunun şiələr üçün də xüsusi məna daşıyan sarı və yaşıl rənglərdən ibarət Braziliya bayrağına görə olduğunu deyir.
– Bu il oynanılan dünya çempionatındakı futbol yarışlarını baxmısınızmı?
Doğrusu, bu il Suriya, İraq və daha sonra Qəzzada baş verən hadisələrdən sonra belə mövzuları izləməyə psixologiyam qalmadı.
 2014-cü il futbol üzrə dünya çempionatında hansısa oyunu izlədinizmi? 
Final qarşılaşmasının bir qismini izlədim. Onu da qarşılaşmaya görə yox, oğlum izlədiyi üçün izlədim. Oğlum Almaniya komandasına azarkeşlik edir. Rəqabət mühiti yaransın deyə, mən də Argentinanın tərəfini tutdum.
– İnsanın yeri, yatağı, yastığı və s. dəyişdikdə ​​rahat yata bilməz. Siz belə tez-tez yer dəyişdirməklə necə yaşaya bilirsiz? 
Düz deyirsiz. Ancaq tez-tez yer dəyişdirmək insanın həyatının bir parçasına çevrildikdə vərdiş halını alır. Xüsusilə bu 2006-cı ildən sonra mənim üçün çox təbii və adi oldu.
– Ən çox sevdiyiniz yemək hansıdır? 
Əvvəllər daha çox sevdiyim yeməklər var idi. Ancaq bu gün mənim üçün heç bir yeməyin fərqi yoxdur. Eyni ilə döyüş meydanında olan və yemək seçmək haqqı olmayan bir əsgər kimi nə olursa yeyirəm. Bəli əvvələr balığı və bəzi başqa yeməkləri sevirdim.
– Uzun müddətdir ki, maşın sürmürsüz?
Bəli. 1986-cı ildə bəri maşın sürmürəm.
– Livanın cənubunda yerləşən Dahiyə bölgəsi 2006-cı ildən sonra çox dəyişdi. Bu dəyişikliklər haqqında bir təsəvvürünüz varmı? 
Əlbəttə. İsrail bəzi ərəb mətbuatının da köməyi ilə mənim yalnız bir sığınacaqda, insanlardan uzaqda yaşadığımı, nə onların məni gördüyünü və nə də mənim onlarla əlaqədə olmağım haqqında təbliğat aparır. Mən sığınacaqda yaşamıram. Tez-tez yer dəyişmək, gəlib-getməyə mane deyil. Problem digərlərinin məni görməsidir. Dahiyə oradakı köhnə və yeni məkanlar, baş verən proseslər xüsusilə də Bəka bölgəsi haqqında dolğun məlumatım var.
 Livanda ən çox sevdiyiniz bölgə hansıdır? 
Qəlbimdən soruşanda ki, hansı bölgəni və ya kəndi daha çox sevirsən? — Heç bir cavab tapa bilmirəm. İnsanın yaşadığı həyat şəraiti bəzi duyğuların eyni olmasına səbəb olur.
– Kino və ya serial izləyə bilirsinizmi?
Vaxtım olanda «Həccac ibn Yusif», «Yusif Peyğəmbər (ə)» və «Əl-Təğribiyə Fələstiniyə» kimi serialları izləyirəm.
– Roman oxuyursunuzmu? 
Əvvələr çox roman oxuyardım. Amma beş ildir ki, bu sahədə bir kitab oxumamışam. Bir müddət əvvəl «Eynul Cuze» adında hədiyyə edilən bir romanı oxumuşdum. Məsuliyyət ağır olduqda belə mövzular kənarda qalır. Prioritet aktual mövzular olur. Məsələn hal-hazırda «Təkfirçilik, təkfirçiliyin tarixi və səbəbləri» haqqında kitabları oxuyuram.
2006-ci ildən əvvəl İsrail haqqında kitab oxuyurdum. Çünki bizim müharibəmiz onlarladır və bu mövzuda məlumatlı olmaq lazımdır.
– «Əl-Əxbar» qəzetini oxuyursunuz?
Bəli, necə oxumayım? Digər qəzetləri də oxuyuram. Son vaxtlarda bütün qəzetlərin xülasəsini oxuyuram.
– «Əl-Mənar»dan başqa digər tv kanallarını izləyə bilirsinizmi?
Pult əlimdə olduqda tez-tez kanal dəyişdirirəm. Hansı kanalda faydalı mövzu olsa, onu izləyirəm. Hansı kanalın nə dediyini bilmək üçün hamısına qısa şəkildə baxıram. Məsələn «Əl-Cəzirə», «Əl-Ərəbiyyə» və «Əl-Məyadin»i izləyirəm.
 İzlədiyiniz köşə yazarı varmı?
Bəli. Adlarını çəkməyəcəm, amma məqalələrini izlədiyim bəzi yazarlar var.
– İzlədiyiniz yazarların siyasi olaraq baxışları sizinlə eynidirmi? 
Qətiyyən yox. Bəziləri bizimlə eyni siyasi baxışa malikdir və bəziləri də yox. İnsan hər iki tərəfin də fikirlərini oxumalıdır. Təkcə öz tərəfinin fikirlərini oxumaq kifayət etmir.
– Ərəb və fars dilindən başqa bir dil bilirsinizmi?
Əvvəllər ingilis dilini çox yaxşı bilirdim. Amma danışmadığıma görə zəiflədi. Hazırda zəif danışa bilirəm amma başa düşürəm. İngilis dilində xəbərləri izləyir və kitabları oxuya bilirəm. Amma farsca çox yaxşı bilirəm.(azinform.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button