AktualAktual

İslam İnqilabının böyük rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Həcc mesajı

Ayətullah Xamenei Böyük Həcc Konqresinə ünvanlanmış müraciətində İslam Dünyası məsələlərinə diqqətin göstərilməsini və İslam ümməti ilə əlaqədar məsələlər barəsində uzunmüddətli və hərtərəfli baxışın olmasını həcc zəvvarları və təşkilatçılarının ən mühüm vəzifəsi adlandırıb.

Müraciətin tam mətni belədir:

“Bismillahir Rəhmanir Rəhim! Vəlhəmdülillahi Rəbbil-Aləmin və səlləllahu əla Məhəmməd və Alihit-Tahirin.
Quranın dəvətinə “ləbbeyk” deyən və Allah evinin qonağı olan siz səadət sahiblərinə ən səmimi salamlar olsun! İlk olaraq bu böyük nemətin qədrini bilin və bu misilsiz fərizənin fərdi, ictimai, ruhi və beynəlxalq yönləri barədə təfəkkür edin! Onun məqsədlərinə yaxınlaşmaq üçün səy göstərin və bu məqsədə nail olmaq üçün Rəhimli və Qadir Allahdan kömək istəyin. Cənabınız da sizinlə həmrəy və həmdil olub Ğəfur və Mənnan Allahdan istəyirəm ki, öz nemətini sizə tamamlasın və həcc səfəri fürsətini sizə əta etdiyi üçün, həcci kamil formada yerinə yetirmək fürsətini də sizə əta etmiş olsun. O zaman kəramətli şəkildə qəbul olunmağınızla, öz diyarlarınıza əli dolu və sağ-salamat geri dönəsiniz.
Bu mənalı və misilsiz fürsəti qənimət hesab edərək, həccin ən üstün və mühüm töhfəsi olan mənəvi və ruhi baxımdan paklığa nail olmaqla yanaşı, İslam Dünyası məsələlərinə və İslam Ümməti ilə bağlı ən mühüm və prioritet məsələlərə uzunmüddətli və hərtərəfli baxış, həcc zəvvarları və həcc təşkilatçılarının üzərinə düşən ən mühüm vəzifədir.
Bu gün bu mühüm və prioritet məsələlərdən biri müsəlmanların birliyi və İslam ümməti arasında fasilə yaradan düyünlərin açılmasından ibarətdir. Həcc birlik, vəhdət, qardaşlıq və əməkdaşlığın məzhəridir. Həccdə hər kəs ixtilafların aradan qaldırılması və ortaqlıqlara diqqətin göstərilməsinə əhəmiyyət verməlidir. İstismarçılıq siyasətlərinin çirkin əlləri hələ uzaq keçmişdən öz mənfur və nəhs məqsədlərinə nail olmaq üçün təfriqəçiliyi öz iş gündəminə daxil edib. Lakin bu gün İslami Oyanışın bərəkəti sayəsində müsəlman xalqlar hegemonçuluq və sionizm cəbhəsinin düşmənçiliyini düzgün formada tanımağa nail olub və bu cəbhə qarşısında mövqe tutub. Belə bir şəraitdə düşmənlər müsəlmanlar arasında təfriqə siyasətini daha da şiddətləndiriblər. Hiyləgər düşmən müsəlmanlar arasında daxili müharibələr odunu alovlandırmaqla müqavimət və mücahidət ruhiyyəsini yanlış istiqamətə yönəltmək, sionist rejim və həqiqi düşmən olan hegemonçuluq quruluşu amilləri üçün təhlükəsiz zona yaratmağa çalışır. Təkfirçi terrorçu qruplaşmaların formalaşdırılması və Asiyanın qərbində onların fəaliyyətinə rəvac verilməsi elə bu qəddar siyasətdən mənşə alır. Bu, bizim hamımız üçün, dünya müsəlmanlarının birliyinin zəruri olması, bütün milli və beynəlxalq məsələlərin önündə yer alması barədə ciddi bir xəbərdarlıqdır.
Digər mühüm məsələ Fələstin məsələsidir. İşğalçı sionist rejimin təsis edilməsindən 65 ilin keçməsi və bu mühüm və həssas məsələnin müxtəlif enişli-yoxuşlu yolları arxada qoyması, xüsusilə də son illərin qanlı hadisələri iki həqiqəti hamı üçün aşkar etmiş oldu: Birincisi, sionist rejim və onun cinayətkar himayədarları düşmənçilik, qəddarlıq və bütün insani və əxlaqi normaların pozulmasında heç bir sərhəd tanımırlar. Cinayət, soyqırım, dağıdıcılıq, günahsız insanlar, xüsusilə də uşaqlar və qadınların amansız formada qətlə yetirilməsi və əllərindən gələn zülm və zorakılıqlarda sərhəd tanımamaları ilə yanaşı öz çirkin əməllərinə görə fəxr də edirlər. Son 50 günlük Qəzza müharibəsinin acınacaqlı mənzərəsi bu tarixi cinayətkarlıqların son nümunəsi idi ki, əlbəttə, son yarım əsrdə dəfələrlə təkrarlanıb.
İkinci həqiqət isə odur ki, bu vəhşilik və faciə törətmələr işğalçı sionist rejim və onun himayədarlarının çirkin məqsədlərini gerçəkləşdirə bilməyib. Xəbis siyasətçilərin öz iqtidar və hakimiyyətlərini möhkəmləndirmək üçün sionist rejim barəsində düşüncələrində yer verdikləri axmaq arzuların əksinə olaraq, bu rejim yolun sonuna və öz məhvinə doğru hər gün daha artıq yaxınlaşmış olur. Mühasirədə olan müdafiəsiz Qəzza əhalisinin bütün imkanlarını səfərbər etmiş sionist rejim qarşısındakı 50 günlük müqaviməti sonda bu rejimin müqavimət qarşısında təslim olması, geri çəkilməsi və müqavimətin şərtlərini qəbul etməklə, öz acizliyi və çarəsizliyini aşkar formada nümayiş etdirməsi ilə nəticələndi. Bu, o deməkdir ki, Fələstin xalqı həmişə olduğundan daha ümidvar olmalı, Cihad və Həmas mübarizləri öz səylərini daha da artırmalı, Qərb sahili həmişəki iftixarlı yolu daha qətiyyətli və əzmkar formada izləməli, müsəlman xalqlar öz dövlətlərindən Fələstinə həqiqi dəstəyin verilməsini tələb etməli və müsəlman dövlətlər bu yolda sədaqətlərini nümayiş etdirməlidirlər.
Prioritet təşkil edən 3-cü mühüm məsələ İslam Dünyasının qayğıkeş fəallarının ayıqlığı və agahlığıdır ki, həqiqi Məhəmməd (s) İslamı ilə Amerikansayağı islam arasındakı fərqlərə diqqət göstərməli, bu ikisi arasında səhvə düçar olmaqdan çəkindirməlidirlər. İlk dəfə bizim mərhum Böyük İmamımız bu ikisi arasındakı fərqə diqqət çəkmiş və bu məsələni İslam Dünyasının siyasi terminologiyasına daxil etmiş oldu.
Həqiqi İslam mənəviyyat, başucalıq, təqva dinidir. “اَشِدّاءُ عَلَى الکُفّارِ رُحَماءُ بَینَهُم” (Möminlər kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar)
Amerikan islamı isə əcnəbilərə nökərçiliyə İslam donu geyindirmək və İslam ümməti ilə düşmənçilik etməkdir. Elə bir islam ki, müsəlmanlar arasında təfriqə odunu alovlandırır. İlahi vədə etimad etməyib, İslam düşmənlərinə etimad edən, sionizm və imperializmlə mübarizə yerinə, müsəlman qardaşına qarşı savaş açan, öz milləti və ya digər millətlərə qarşı hegemonçu ABŞ ilə müttəfiq olan islam, İslam deyil, təhlükəli və öldürücü bir nifaqdır ki, hər bir həqiqi müsəlman onunla mübarizə aparmalıdır.
Bəsirət və uzaqgörənliklə yanaşı olan baxış həqiqət ardınca olan hər bir şəxs üçün İslam Dünyasındakı məsələlərin bu həqiqətini aşkar etmiş və günümüzün ən mühüm və prioritet vəzifəsini, heç bir şəkk və şübhə olmadan bəyan etmiş olur. Həcc, onun əməlləri və mərasimləri bu bəsirəti əldə etmək üçün dəyərli fürsətdir və ümidvarıq həcc ziyarəti nəsibi olan sizlər bu ilahi məhəbbətdən kamil formada bəhrələnmiş olacaqsınız. Sizin hamınızı Böyük Allaha tapşırır və Allahdan bütün səylərinizin qəbul olmasını arzu edirəm!
Vəssəlamu Əleykum Və rəhmətullah
Seyid Əli Xamenei”

5 Zilhəccə 1435-ci hicri qəməri ili

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button