AktualAktualArxivIslamXəbər lentiXəbərlərXütbələr

Seyid Həsən Amili: İngiltərə Qarabağın Azərbaycana aid olmasını deməyə cürət etmir

 

Ərdəbilin imam cüməsi İngiltərə xarici işlər nazirinin İran əleyhinə sarsaqlamasına işarə edərək deyib: “Beynəlxalq qanunları biz pozmuşuq, yoxsa 25 ildir ki, Minsk qrupunun tərkibində Qarabağın Azərbaycana aid olması, ermənilərin qəsbkar olması və Azərbaycan Respublikası ərazilərindən çıxmalı olması həqiqətini deməyə cürət etməyənlər?”

Qafqaz Həqiqətləri – Redaksiyamızın verdiyi xəbərə görə, Həzrət Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrinin bir hissəsində deyib: “İngiltərənin xarici işlər naziri deyir ki, İran beynəlxalq sistemin qanuna söykənən prinsiplərinə hörmətlə yanaşsın. İranın beynəlxalq qaydaları pozması kiçik pozuntular deyil, ciddi, sistemli və sabitliyə zərər vuran pozuntular olaraq beynəlxalq aləmdəki qanun hakimiyyətini zəiflədir.

Bu sözlər xəbis bir dövlətin xarici işlər nazirinin sözləridir. Əgər bir kəs onları tanımasa elə bilər ki, onlar qanun təcəssümüdür. Onlardan soruşmaq lazımdır ki, İran hansı beynəlxalq qanunu pozmuşdur? Onlardan soruşmaq lazımdır ki, orta əsrlər dövründə qalmış bir rejimi himayə edən sizlər, heç bir səbəb olmadan Ərəbistanın hücumuna məruz qalmış Yəmənin məzlum xalqını görmürsünüz? Yəmənin məzlum xalqının müdafiə haqqı yoxdurmu? Regionun sabitliyini İran pozmuşdur, ya Yəmənə hücum edən Ərəbistan? İndiyə kimi sizin silahlarınızla Yəməndə üç min xəstəxana, min məktəb bombalanıb. Utanmırsınızmı, yenə İranın beynəlxalq qanunları pozduğunu deyirsiniz?”

Ərdəbilin imam cüməsi xütbəsinin davamında deyib: “Beynəlxalq qanunları biz pozmuşuq, yoxsa 25 ildir ki, Minsk qrupunun tərkibində Qarabağın Azərbaycana aid olması, ermənilərin qəsbkar olması və Azərbaycan Respublikası ərazilərindən çıxmalı olması həqiqətini deməyə cürət etməyənlər? Hər halda beynəlxalq aləmdə qanun hakimiyyətini siz pozmusunuz və öz əsassız sözlərinizlə dünya cəmiyyətinin şüurunu təhqir edir, insanları axmaq hesab edirsiniz.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button