ArxivIslamXəbər lentiXəbərlər

SEPAH: Başladıq, hansı ölkə ABŞ ordusuna dəstək versə vurulacaq

İslamazeri.com “Rasthaber Azərbaycan”a istinadən xəbər verir ki, ABŞ-ın İraqda Anbardakı “Aynul Asad” və Ərbildəki hərbi bazalarına balistik raketlərlə vurulmasından sonra İnqilab Keşikçiləri Korpusu bəyanat yaydı:

“Kədərli İslam Ümməti, İslami İranın böyük və şəhidpərvər xalqı, sadiq vədin həyata keçməsi vaxtı gəlib çatdı və Allah-Taalanın izni ilə bu gün, çərşənbə günü səhər tezdən təcavüzkar amerikalı qüvvələrin cinayətkarcasına və terroçu əməliyyatına cavab və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin fədakar və qəhrəman komandanı, general-leytenant pasdar şəhid Qasem Soleymani və silahdaşlarının namərdcəsinə terror edilmələri və məzlumcasına şəhadətlərinin intiqamını almaq istiqamətində Sepah-ın hava-kosmos qüvvələrinin şücaətli döyüşçüləri şəhid Soleymani əməliyyatı adı altında uğurlu bir əməliyyatda müqəddəs “Ya, Zəhra(s.ə.)” rəmzi ilə onlarla “yer-yer” tipli raket ataraq, Amerikanın təcavüzkar və terrorçu ordusunun İraqda yerləşən Eynuləsəd adlı işğal olunmuş hava bazasını darmadağın ediblər.”

Həmçinin bu bəyanatda öz bazalarını Amerikanın terrorçu ordusunun ixtiyarına qoymuş bu ölkə ilə müttəfiq dövlətlərə xəbərdarlıq edilir ki, hər bir tərtibatla İran İslam Respublikasına qarşı düşməncəsinə və təcavüzkarcasına hərəkətlərin başlanğıc nöqtəsi olacaq hər bir ölkə hədəfə alınacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button