ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti İranla imzalanmış iki sazişi təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişini təsdiqləyib.

“APA-Economics”in məlumatına görə, dövlət başçısı 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış sənədin təsdiq olunması ilə bağlı bu gün sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edilib. Həmin sənəd də bu il fevralın 23-də Tehranda imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button