ArxivXəbər lentiXəbərlər

Erməni millətçisi Bakıda biznesini qurdu

Rusiyada və bir sıra digər ölkələrdə “Yandeks” və “Uber” şirkətləri onlayn daşınma bizneslərini birləşdirmək qərarı veriblər.

Deməli, Ermənistanda oturan bir şəxs Bakının küçələrini ovucunun içi kimi görəcək.
Xəbərdə qeyd olunur ki, şirkətin nümayəndəliyinin açılması ilə bağlı lisenziya, proqram məsələləri həll olunub. Hazırda naviqasiya sistemi ilə bağlı məsələlər həll olunur.

Belə ki, “Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə “Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə “Yandex Taksi”yə rəhbərlik edir.

“Yandeks” internet şirkəti və “Uber” taksiləri Rusiyada və bir sıra digər ölkələrdə (Belarusda, Ermənistanda, Gürcüstanda və Qazaxıstanda) bizneslərini birləşdirirlər. Bu ölkələrin siyahısına Azərbaycan da daxildir.

“Yandeks”in verdiyi məlumata əsasən, tərəfdaşlar adı çəkilmiş ölkələrdə “UberEats” adlı qida çatdırılma servisi də yaradırlar.

Birgə şirkətə “Uber” 225 milyon, “Yandeks” isə 100 milyon dollar sərmayə yatıracaq. Yeni yaradılan şirkətin ümumi dəyəri 3,725 milyard dollar həcmində qiymətləndirilir. Sövdələşmənin 2017-ci ilin dekabr ayında bağlanacağı gözlənilir. Bundan sonra yeni şirkətin səhmlərinin 59,3%-i “Yandeks”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isəəməkdaşlara məxsus olacaq.

Qeyd edildiyinə görə, yeni yaradılan şirkətə “Yandeks.Taksi”nin baş direktoru erməni əsilli Tiqran Xudaverdiyan rəhbərlik edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button