ArxivIslamXəbər lentiXəbərlər

Səudiyyə rəsmisi: Təssüf edirik Fitr bayramı cümə günü yox, sənbə günü olmalı idi

Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görülməsi və Ramazan bayramının 17 iyul  (cümə günü) elan olunmasının bir xəta olduğunu bəyan edib

Təssüf edirik Fitr bayramı cümə günü yox, sənbə günü olmalı idi. Ona görə ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görülməsi və Ramazan bayramının 17 iyul  (cümə günü) elan olunmasının bir xəta olduğunu bəyan edib. Bunu Səudiyyə Ərəbistan İslami Fiqh Asambeleyasının üzvi Məhəmməd Əl-Nəcimi deyib.

Maide.az shia-news saytına istinadən məlumat verir ki, M.Əl-Nəcimi deyib ki, cümə axşamı günü Astronomiya İdarəsi  şəvval ayının hilalı yerinə Saturun planetini görüb. Ərəbistan xalqı  bu ulduzun görünməsinə görə Ramazan ayının 30-cu gününü oruclarını yeyiblər.

Onun sözlərinə görə, bu səbəbdən Səudiyyə camaatının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Ümumilikdə bu xətaya görə 1 milyard  600 milyon Səudiyyə rialı  dəyərində kəffarə ödəniləcək.

Bu ilk dəfə deyil ki, Səudiyyə Ərəbistan şəvval ayının hilalı ilə bağlı səhv edir. Bundan öncədə bir neçə dəfə belə hallar baş verib.

Qeyd edək ki,  Tunisin müftisi də televiziyada canlı yayımda bildirib ki, cümə gününün bayram kimi elan olunması xəta üzərindən baş verib. O deyib ki, əslində cümə günü Ramazan ayının 30 –cu günü olub və şəvval ayının əvvəli şənbə günü olub. Səudiyyə Ərəbistan, Misir, BƏƏ, Tunis və bir neçə ərəb ölkəsi Fitr bayramını cümə günü qeyd ediblə

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button