Aktual

Səud rejimi şiə qəsəbələrində əməliyyat keçirdi: 8 nəfər şəhid

Səudiyyə Ərəbistanının güc strukturları şiə qəsəbələrində əməliyyat keçirib.
qafgaz.az xəbər verir ki, Səud rejiminin güc strukturlarının Əl-Qətif şəhərinin Musəlləs və Sənabəs qəsəbələrində keçirdikləri əməliyat zamanı ilkin məlumata görə, 8 nəfər şəhid edilib. Bu haqda yerli mənbələr KİV-ə bildiriblər.
Əməliyyat dünən axşam saatlarında həyata keçirilib.
Vəhabi krallığın təbliğatçıları olan bəzi portallar əməliyyatın anti-terror olduğunu bildirsələr də, güc strukturlarına bir mərmi belə atılmayıb.
Şəhid edilən 8 nəfərdən 7-sinin adı məlum olub:
1. Əhməd Tariq Əl-Fərəc
2. Hadi Tariq Faraj
3. Məhəmməd Səud Əbu Kəbus
4. Aqil Nabil Əbu Cuxar
5. Məhəmməd Abdullah əl-Nimr
6. Əli Abdullah əl-Nimr
7. Həsən Abdullah əl-Nimr
Qeyd edək ki, ötən ay Səud rejimi 37 nəfərin edam olunduğunu açıqlamış, onlardan çoxunun şiə olduğu məlum olmuşdu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button