AktualAktual

Şərqi Azərbaycan və Ərdəbil vilayətinin media nümayəndələrinin Ərdəbilin sevimli imamcüməsi ilə görüşü

Ayətullah Seyid Həsən Amili bu görüşdə 19 yanvarın Dünya Müsəlman Azərilər günü elan olunması məsələsini vaxtında işıqlandırmaları və himayə etdikləri üçün media nümayəndələrinə öz təşəkkürünü bildirdi və belə əlavə etdi:
Kommunizmdən qalmış nəslin üzvləri hər gün azalmaqdadır. Azərbaycan Respublikasının bugünkü cavanları Sovet dövründəkindən fərqli olaraq dini düşüncəyə malikdirlər. Bu cavanların sayı hər gün artmaqdadır. Lakin buna baxmayaraq Azərbaycan rəsmiləri tarixi dəyişdirməklə, saxtalaşdırmaqla tarixi həqiqətləri xalqdan gizlətməyə çalışmaqla yanaşı İranı yad bir ölkə kimi tanıtdırmaq istəyirlər.
Ayətullah Amili 19 yanvarın Dünya Müsəlman Azərilərin birlik günü elan olunması hadisəsi qarşısında Azərbaycan dövlət, rəsmilərinin çarəsizlikdən sükutuna işarə edərək bildirdi: Beıə bir rəftar onların siyasi taktikasıdır. Çünki onlar bu məsələ qarşısında sükut etməsəydilər, öz iddialarını sübut edə bilməmələri səbəbindən istəmədən tarixi sənədlərə işarə etməli olacaqdılar və bu onların kimliyini daha da şübhəyə alacaqdı.
Cənab Amili 19 yanvarın Dünya Müsəlman Azərilər günü adlandırılmasını Azərbaycan Respublikasının dindar əhalisinin əl-ələ verməsi ilə baş verən, ölçülüb-biçilmiş bir iş hesab etdi.
Rəhbərliyin xibrələr məclisindəki Ərdəbil xalqının nümayəndəsi millətçi fəalların “türk” kəlməsi əvəzinə “azəri” kəlməsindən istifadə olunmasına xüsusi həssaslıq göstərmələrinə işarə edərək bildirdi ki, o, söhbətlər, bəyanatlar və danışıqlar zamanı “azəri” kəlməsindən daha çox istifadə etməyi təklif edir.
Görüşün sonunda Ayətullah Amili Azərbaycan Respublikası əhalisinin sosial şəbəkələrdə19 yanvarın uyğun adla adlandırılması ilə bağlı yazdıqları şərhlərdən bəzilərini oxudu. O təklif etdi ki, bu məqsədlə Təbriz və yaxud Ərdəbildə bir katiblik açılsın, mədəniyyət və media fəalları bu sahədə proqramlaşdırılmış, məqsədli şəkildə öz fəaliyyətlərini davam etdirsinlər və özlərini qarşıdakı illərdə uyğun hadisəni işıqlandırmaq, yaşatmaq və dirçəltmək üçün hazırlasınlar.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button