ArxivXəbər lentiXəbərlər

Mübariz ruhani ağır şəraitdə saxlanılır

Xəbər verdiyimiz kimi, ruhani hacı Abgül Süleymanovun səhətində yaranan nasazlıqlardan sonra o Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilərək əməliyyat olunub.

Əməliyyat olunduqdan sonra həkim nəzarətində saxlanılmalı olan ruhaniyə qarşı fərqli münasibət göstərilir.

A.Süleymanovun yaxınları AzadXeber.az-a bildirib ki, o hazırda “kars” tipli xüsusi otaqda saxlanılır: “Normal məhkum xəstələrə qarşı göstərilməli olan münasibət Abgül Süleymanova qarşı göstərilmir. Həbsxana rəisi və oranın baş həkimi demişdi ki, guya vəziyyəti yaxşıdır və ona hər gün baş çəkilir. Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə gətirildikdən sonra aydın oldu ki, deyilənlər yalandır. Burada həkimlər bildirdilər ki, biraz da gec gətirilsə vəziyyəti çox ağırlaşacaqdı. Hazırda həkimlərin xüsusi nəzarətində saxlanılmalıdır. Ancaq bu yerinə yetirilmir.”

Qeyd edək ki, Abgül Süleymanov 2010-cu ilin avqust ayında həbs edilib. Bakı Ağır Cinayətlər məhkəməsi ruhani barəsində 11 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button