ArxivXəbər lentiXəbərlər

“Sərhədsiz reportyorlar” Təzəxan Mirələmliyə qarşı ittihamları ləğv etməyi tələb edib

“Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətini müxalif reportyor Təzəxan Mirələmli – hakimiyyətin onları tənqid edən jurnalistlərə qarşı işləri saxtalaşdırmaq təcrübəsinin son qurbanı barəsində keçən həftə çıxarılmış hökmü ləğv etməyə çağırıb.

“Yeganə müxalif qəzet olan “Azadlıq”da işləyən Mirələmli iyunun 19-da Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə “xuliqanlıq” ittihamı ilə həbs edilib, bu, hökumətin tənqidçilərinin təqibinə qanunilik görüntüsü vermək cəhdidir. Azərbaycan hakimiyyəti illərdir, 2001-ci ildə Avropa Şurasına daxil olduğu andan bəri bununla məşğul olur”, deyə təşkilatın bəyanatında bildirilir.

Mirələmli Bakı məhkəməsi tərəfindən 26 fevral mübahisəsində açıq-aşkar hakimiyyət tərəfindən istifadə olunmuş bloger kimi qələmə verilən şəxsi döydüyünə görə bir il ərzində elektron qolbaq taxmaq və hər gecə saat 11-dən səhər saat 7-yə qədər evdə olmaq cəzasına məhkum edilib.

Bu, reportyorun işini çətinləşdirəcək, belə ki, o, bu və ya digər hadisələri işıqlandıra bilməyəcək, habelə daim polis nəzarəti altında olacaq.

“Həbslərə, fiziki hücumlara və ailə üzvlərinin həbsinə gəlincə, hakimiyyət 8 ildir Təzəxan Mirələmlini reportajlarına və siyasi baxışlarına görə təqib edir”, deyə RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

“Bu səbəblərdən Azərbaycanın məhkəmə sistemindən bu ittihamları ləğv etməyi xahiş edirik. Biz həmçinin Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviçi və AŞ-ın Nazirlər Komitəsini saxta ittihamlardan istifadəni pisləməyə və Azərbaycanı Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməyə səsləməyə çağırırıq”.

Avropa İnsan Hüquqları Məhkəməsi artıq 2015-ci və 2016-cı illərdə Mirələmli ilə bağlı birbaşa onun jurnalist fəaliyyəti ilə əlaqədar olmayan iki iş üzrə Azərbaycana qarşı qərar çıxarıb. Bu ilin aprelində o, AXCP lideri Əli Kərimlinin mənzilinə getdikdən sonra polis tərəfindən bir neçə saatlıq saxlanılıb.

Hakimiyyət Azərbaycanda tənqidçi jurnalistləri həbs etmək üçün fiziki zorakılıq haqqında saxta ittihamlardan istifadə edir. “Azadlıq” üçün yazan və “Azərbaycan Saatı” İnternet proqramı üçün reportajlar hazırlayan Seymur Həzi artıq bu texnikanın qurbanı olub, o, buna görə bənzər ittihamla 5 il həbsdə qalıb.

Qənimət Zahid – “Azadlıq” və “Azərbaycan saatı”nın redaktoru guya qadına hücum etdiyinə görə 2007-ci ildən 2010-cu ilə qədər iki il yarım müddətinə həbs edilib.

Azel.tv xəbər saytının redaktoru Əfqan Sadıxov 2016-cı ilin noyabrında “ağırlaşdırıcı şəraitdə hücum etmək”də ittiham edilib.

Jurnalist Elçin Həsənov 2016-cı ildə fiziki hücumdan və ona hücum edən şəxs barəsində şikayət verdikdən sonra xuliqanlığa görə həbs edilib, 2017-ci ildə diffamasiyaya görə həbs edilmiş bloger Mehman Hüseynov isə 2019-cu ildə azad edilməsinə bir neçə ay qalmış xuliqanlıqda ittiham edilib.

Hakimiyyət məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılovanın vergi ödənişindən yayınması ittihamını da saxtalaşdırıb. O, 2015-ci ildə “böyük ölçüdə mənimsəmə”, “qanunsuz ticarət”, “vergi ödənişindən yayınma” və “hakimiyyətdən sui-istifadə” itthamları ilə 7 il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İsmayılova beynəlxalq təzyiq nəticəsində azad edilib, amma 2018-ci ildə ona guya vergi borcu kimi 45 143 manat (təxminən 23 000 avro) ödəmək əmr olunub.

Polis axtarışlar zamanı narkotik, odlu silah və ya hətta qadağan edilmiş kitab “tapılması” kimi sovet hiyləsinə əl atır. Talış dilində dərc olunan “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun 2014-cü ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi üçün əsas ittiham “qanunsuz narkotik dövriyyəsi” olub.

Bu daimi təqiblər Azərbaycanın Dünya Mətbuat Azadlığı İndeksində iki bənd daha geriləyərək, 180 ölkə arasında 168-ci yeri tutmasına səbəb olub.

Əsas tənqidi kütləvi informasiya vasitələri susmaq və ya xaricə köçmək məcburiyyətində qalıb, əsas müstəqil veb-saytlar bloklanıb və hazırda ən az beş jurnalist həbsdədir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button