ArxivŞeirXəbər lentiXəbərlər

Şəhriyar şerlərində Həzrət Əli (s) sevgisini anlatan kitab

İranda “Şəhriyar şerlərində Mənaqib-e Ələviyyə” adlı kitab nəşr olunub.

Maide.Az xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin təşəbbüsü ilə hazırlanan kitab insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Kitab Əli Hacı Bülənd adlı yazar tərəfində qələmə alınıb və “Surə-i Mehr” nəşriyyatı tərəfindən nəşr edilib.

İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin Həsən Milani deyib ki, tarix boyu şairlər Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə) və Əhli-Beyt (ə) haqqında şerlər yazıblar, lakin ustad Şəhriyarın Əhli-Beyt (ə) haqqında yazdığı şerlərin fərqli bir yanaşma olub. “

Məhəmməd Hüseyn Şəhriyar həm fars və həmdə Azərbaycan dilində Əhli-Beyt (ə) haqqında müxtəlif şerlər yazıb ki, onlardan ən tanınmışı “Əli Ey humayi rəhmət” şeridir. Şeirin əsli farscadır. Bizim sizə təqdim etdiyimiz həmin şerin tərcüməsidir.

Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı

O huma ki, sayəsində edər hifz masəvanı

Könül, istəsən Xudanı biləsən, Əlini yad et
Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı

İki dünyada fənadan bir əsər belə tapılmaz
Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı

Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm
Qəzəb atəşində yoxsa külə döndərər cahanı

Gedib ey yazıq dilənçi qapısını döy Əlinin
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı

Əlidən savayı kimdən hələbir uşaq doğulmuş
Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı

Edər əhdi dosta qurban verə var-yoxunu dostlar
Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı

Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır
Çağırım nə adla bilməm şəhi mülki lafətanı

Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət
Onun astanından al, gəl mənə xaki tutiyanı

O ümidlə ki, ayağın tozunu ziyarət etsin
Qapına ürək sözümlə yola salmışam səbanı

Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı

Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə
Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı

Gecə sübhətək ümidim bunadır səhər nəsimi
Verə aşina həyamı, edə şad aşinanı

Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara
Biləsən nə xoşdur açmaq gecə dosta macəranı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button