AktualAktualArxivIslamTarixXəbər lentiXəbərlər

Səfəvişünas: 19 yanvar səhv inanclar sərhədinin sındığı gündür

 

Səfəvilər məsələləri üzrə tədqiqatçı və şair Tohid Dilavər Qivam deyib: 19 yanvar səhv inanclar sərhədinin sındığı gündür.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin Xətai salonunda “Dünya Müsəlman Azəriləri Günü” münasibətilə keçirilən mərasimdə çıxış edən səfəvişünas Tohid Dilavər Qivam nitqinin əvvəlində həzrət Fatimənin (ə) şəhadət günləri, general Qasim Süleymani və onun silahdaşlarının şəhadəti münasibətilə başsağlığı verərək deyib: “Sözsüz, o uca məqamlı şəhidin Əba Abdullah Hüseyn (ə) yolunda axan qanı onun fiziki varlığından daha bərəkətli olacaq, İslam dünyası və insanlıq aləmi o şəhidin pak qanından çoxlu feyz və faydalar alacaq.”

Dilavər Qivam Dünya Müsəlman Azəriləri Günündən söz açaraq deyib: “19 yanvar səhv inanclar sərhədinin sındığı gündür və o gün Azərbaycan Respublikası xalqı öz şiəlik, həmrəylik və vəhdət inanclarına sevgilərini təsdiq etdi.”

Səfəvişünas əlavə edib: “Bir çoxları Azərbaycanın müsəlman millətini öz kimliyindən uzaqlaşdırmaq üçün onları öz haqq zatından və inanclarından ayırmağa səy etdi, lakin həmin gün göstərdi ki, bu xalq həmişə öz tarixinə təkid edir və tövhid yolunda addımlayır. Çünki bu yolda çoxlu qanlar vermiş, alimlər yetişdirmiş, mədəniyyət sahələrində iftixarlar qazanmışdır.”

Tədqiqatçı çıxışının digər hissəsində deyib: “Biz 19 Yanvarı hər il iftixarla uca tutmalıyıq. Çünki həmin gün sərhədin o tayında olan soydaşlarımız çirkinliklər bəndlərini sındıraraq İran İslam Respublikası və Ərdəbilə axışdılar, birliyin diri olmasına və əlisayağı həyatın iftixar olmasına təkid etdilər. Onlar sübuta yetirdilər ki, bir təfəkkür dünyanı xilas edə bilər və o da və o da İslam və ələvi təfəkkürdür.”

Dilavər Qivam vurğulayıb: “19 yanvarın “Dünya Müsəlman Azəriləri Günü” adlanması Ayətullah Amilinin təşəbbüsüdür və bu gün İranın müxtəlif şəhərlərində və dünyanın digər İslam ölkələrində bu günün uca tutulmasının şahidiyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button