ArxivXəbər lentiXəbərlər

Abgül Süleymanov ‘Charlie Hebdo’ karikaturasına münasibət bildirdi

Hicab məhbusu Abgül Süleymanov islamofobiyadan danışdı

Fransada “Charlie Hebdo” jurnalında İslam Peyğəmbərinin(s) karikaturalarının çəkilməsi bütün dünyada səs-küyə səbəb olub. Bütün dünya müsəlmanları baş verən hadisəyə öz etirazlarını bildiriblər.

 Peyğəmbərə(s) qarşı olan bu ədalətsizlik  Bakıda yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan  islamçı məhbusların narahatlığına səbəb olub. Məsələ ilə bağlı eyniadlı həbsxanada məhkumluq həyatı yaşayan hicab məhbusu, ilahiyyatçı ruhani Abgül Süleymanov  islamazeri.az-a münasibət bildirib. O, bu hörmətsizliyi qəti pislədiyini, həmçinin İslam dininə edilən hörmətsizliklərə qarşı çıxan azərbaycanlı gənclərlə fəxr etdiyini vurğulayıb:

 “Fransada baş verən hadisələrdən xəbərdarıq və bu hadisələr həqiqətəndə bizi üzməkdədir. Lakin bunun müqabilində Azərbaycan gənclərinin düşmən hiylələrinə qarşı atdığı addımlar məni sevindirməkdədir. Azərbaycan gəncliyinin ayıq və gözəl əxlaqa sahib olması həqiqətən də insanın problemlərini unutdurur. Əziz qardaşlarımın bu hadisələrə tam İslama yaraşan tərzdə cavab verməsi və kilsə yolunu qardan təmizləmələri məni heyrətə gətirdi. Bu cür təfəkkürdə olan gənclərin varlığı cəmiyyətin inkişafının və tənəzzüldən yaxa qurtaracağının sığortasıdır. Mən bu cür qardaşlarımla fəxr edir və daha da fəal olmaları üçün Allahdan yardım diləyirəm.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button