ArxivXəbər lentiXəbərlər

“Uşaq nə sənin olsun, nə də mənim” – Azərbaycanda 10 aylıq qızını öldürən ana

Ağdam rayonunun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpəsini boğaraq öldürüb.
 Qərvənd kəndinin icra nümayəndəsi Zakir Əliyev hadisənin təfərrüatlarını Azvision.az -a açıqlayıb. O, bildirib ki, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı ilə mübahisə edib, bundan hiddətlənən qadın körpə qızını öldürmək qərarına gəlib.
“Ailə Ağdamın işğal olunmuş Göytəpə kəndindəndir. Qərvəndin Sultanbud meşəsi deyilən ərazidə müvəqqəti məskunlaşıblar. Günel həyat yoldaşı Zamir İsmayılovun ikinci həyat yoldaşdır. Zamir Güneldən əvvəl bir dəfə evli olub və bir övladı var. Zamir Qərvənd kəndindən olan birinci həyat yoldaşı ilə boşanandan sonra Güneli qaçırıb. Bir ildən çoxdur ki, evli idilər”.
İcra nümayəndəsinin sözlərinə görə, Günel qaçırıldıqdan sonra valideynləri ilə əlaqəsi kəsilib. Onun ailəsi isə Laçın rayonundadır: “Uşağın boğulmasına Günellə Zamir arasındakı mübahisə səbəb olub. Ərlə arvad arasındakı davadan sonra Zamir Günelə deyib ki, səni boşayacam, uşağı da əlindən alıb, bir də sənə göstərməyəcəm. Günel valideynləri ilə əlaqəsi olmadığına görə düşünüb ki, geri qayıda bilməyəcək və uşağı da əlindən alınacaq. Deyib ki, belə olan halda uşağı itirməkdənsə, qoy nə sənin olsun, nə də mənim. Səhər tezdən ərinin işə getməsini gözləyib. Zamir evdən çıxan kimi uşağı boğaraq öldürüb. Sonra da yaxınlıqdakı polis məntəqəsinə gedərək hadisəni etiraf edib”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button