ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Övlad dünyaya gətirmək mövzusuna diqqət

Həyat yolu 12

Hər bir ailənin ən mühüm arzusu, sağlam övlad dünyaya gətirməkdir. Övladın dünyaya gəlməsi ailənin sevincinə səbəb olur. Qadın işlərini düzgün tənzimləməklə həm övlad dünyaya gətirmək və onun tərbiyəsi kimi önəmli vəzifəsinə əməl edə bilər, həm də təhsil və s. kimi öz ictimai işlərini yerinə yetirə bilər.

Təəssüf olsun ki, müasir cəmiyyət gec ailə qurmaq, övlad dünyaya gətirməyi gecikdirmək, tək, yaxud az övladla kifayətlənməklə ailəni və ictimaiyyəti bir çox problemlərlə üzləşdirmişdir.

Ayə

«وَ الَّذينَ يَقُولُونَ رَبَّنا هَبْ لَنا مِنْ أَزْواجِنا وَ ذُرِّيَّاتِنا قُرَّةَ أَعْيُنٍ وَ اجْعَلْنا لِلْمُتَّقينَ إِماماً»

“Və o kəslər ki: Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.”

(“Furqan” surəsi, ayə 74)

Hədis

قال رسول الله ( ص): «تَنَاكَحُوا تَنَاسَلُوا تَكْثُرُوا فَإِنِّي أُبَاهِي بِكُمُ الْأُمَمَ يَوْمَ الْقِيَامَةِ وَ لَوْ بِالسِّقْط»

Allahın rəsulu (s) buyurub: “Evlənin, nəsil sahibi olun və çoxalın. Çünki mən Qiyamət günü digər ümmətlərə qarşı sizin çoxluğunuzla iftixar edəcəyəm, siqt olmuş uşaqla da olsa.”

(“Biharul-ənvar”, c. 44, səh. 169)

Ənənə

– Öz gələcəyin üçün nə qədər çətinlik yaratdığını bilirsənmi, Ətiyyə?

– Hansı çətinlikdən danışırsan, bacı? Əgər uşağı nəzərdə tutursansa, məncə əvvəl bir az çətinliyi var, amma sonradan ata-ananın əlini tutur.

– Bir az ağıllı ol qız. Məncə biri bəsdir. Lap çox istəsən ikisi.

– Öz ətrafına bir baxsan yaxşı olar. Gör, övladları sənin ananın necə qayğısına qaldılar, onun yanında fırlandılar, karına gəldilər. İndi fikirləş, əgər onun cəmi bir övladı olsaydı, bu qoca yaşında kim onun əlindən tutacaqdı?

Üstəlik, bizim örnəyimiz həzrət Zəhra (ə) deyilmi? On səkkiz illik bərəkətli ömründə beş övlad dünyaya gətirdi. Övladlarının hamısı da təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin örnəyidir.

Hekayə

Şəhid Muxtarbəndin gəlini yerindən qalxaraq qayınatasından soruşdu:

– Mən nə edim? Dərs oxuyuram, ona görə də hələ övladım yoxdur.

Şəhidin gəlini sözünü bitirdikdən sonra Muxtarbənd ciddi tonda dedi:

– Əvvəl övlad sahibi olun. Bu bir. Ailə qurduğu ilk illərdə “hələ tezdir” deyərək övlad sahibi olmağı təxirə salanlar, naşükürlük edirlər. Bu naşükürlük Allahın onlara sərt cavab verməsinə bais olur.

Hələ də ayaq üstə qalmış gəlin dedi:

– Axı, mən hələ təhsilimi artırmaq istəyirəm!

Ağa belə cavab verir:

– Bunun bir maneəsi yoxdur. Mən qadın tanıyıram ki, dörd övladla dərs oxuyurdu, hətta magistrantura və doktorluğu da bitirdi. İkincisi, dərsinizi oxuyun; üçüncüsü isə bacardıqca həyatınızı şirinləşdirin. Siz gənclər bizim cavanlıq dövrümüzdə anladığımızdan daha artıq başa düşürsünüz. İnqilabın sizin kimi gənclərə ehtiyacı vardır.

(Hərəm müdafiəsi şəhidlərinin ailələrindən bir qrupu ilə görüş, 21/12/2016)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button