AktualAktualArxivXəbər lentiXəbərlər

Səhər Azəri televiziya kanalının direktoru: 19 yanvar hadisəsi təhrif edilib

Səhər Azəri televiziya kanalının direktoru “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” toplantısında 19 yanvar hadisəsinin təhrif edildiyini deyib.

Qafqaz Mədəniyyət Mərkəzi – “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə keçirilən toplantıda çıxış edən Səhər Azəri televiziya kanalının direktoru Abdullah Bəhrülülumi deyib: “Təəssüflər olsun ki, 19 yanvar hadisəsinin təhrif edildiyini görürürk.”

O əlavə edib: “19 yanvar kommunist hakimiyyətindən bezmiş müsəlman azərilərin öz ana vətənləri İrana sığındıqları gündür.”

Hadisənin əsl tarixindən danışan Səhər Azəri kanalının direktoru vurğulayıb: “Bu hadisənin 70 il ayrılıqdan sonra baş verdiyini deyirlər, amma mənim fikrimcə bunun 170 illik tarixi vardır.

Biləsuvar sərhədində müsəlmanların İran səmtinə gəlməsi, onların İran və İslama qayıtmaları, öz din qardaşları ilə vəhdət və qardaşlığı yeniləmək üçün idi.

Lakin bu hadisə bugünləri təhrif edilmişdir. Tarixi sənədləri üzə çıxarmaq bu hadisənin təhrinifə mane olur.”

Abdullah Bəhrülülumi əlavə edib: “Bu hadisə Naxçıvanda baş verdi. Naxçıvanın Türkiyə ilə ortaq sərhədlərinin yerləşməsinə baxmayaraq, pantürklərin bu bölgədə fəaliyyətləri din qardaşlarımızı Əhli-Beyt (ə) sevgisindən ayıra, onları Türkiyə səmtinə çəkə bilmədi.

Əhli-Beyt (ə) mədəniyyəti müsəlmanların vəhdətinə səbəb olmuşdur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button