ArxivQarabağXəbər lentiXəbərlər

Rusiyanın və İranın xarici işlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon söhbəti olub. Nazirlər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

AZƏRTAC RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər münaqişə zonasında tam atəşkəsə nail olmaq məqsədilə Rusiya tərəfinin səylərini, habelə döyüş əməliyyatları nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyini nəzərə almaqla Qarabağda cari vəziyyəti müzakirə ediblər.

Tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri, Suriyada, Körfəz zonasında, Yəməndə və Əfqanıstanda vəziyyəti də nəzərdən keçirib, ticari-iqtisadi və humanitar sahələrdə cari Rusiya-İran layihələrini müzakirə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button