ArxivIslamXəbər lentiXəbərlər

Rusiyanın Ərdoğana verdiyi vaxt daralır – Zaxarova açıqladı

Moskva Ankara dövlətinə terrorçularla bağlı verdiyi vaxtın daraldığını xatırladıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova dünən axşam Türkiyədən tələb edib ki, terrorçu qrupları üsyançılardan ayırsın. Çünki hansısa terrorçu qrupun öz adını dəyişdirməsi qəbul edilmir.
“Sputnik”-in verdiyi xəbərə görə, Zaxarova əlavə edib: “Biz ümidvarıq ki, türkiyəli şəriklərimiz mötədilləri ifratçılardan ayırmaqda öz təlaşlarını davam etdirəcək və sonra ifratçıları zərərsizləşdirmək yolunu seçəcək.”
Mətbuat katibi vurğulayıb ki, təkcə adı dəyişdirmək bu qrupların həqiqətinin dəyişməsi mənasına deyildir və onlar terrorçu olaraq qalırlar.

Zaxarova deyib: “Heç bir illüzyaya yol verilməməlidir. Biz beynəlxalq baxımdan terrorçu kimi tanınmış terror qrupları barədə danışırıq. Onların özlərinə hansı ləqəbi seçmələri mühüm deyil.”
Suriyada Ərdoğanın dəstək verdiyi Cəbhətun-nusrə kimi bir sıra terror qrupları Suriya ordusunun hücumundan amanda qalmaq üçün ötən illərdə öz adını dəyişdirməklə terrorçu qruplar siyahısından çıxmağa təlaş etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button