ArxivXəbər lentiXəbərlər

Rusiyada ölümcül virusa görə 5 nəfər xəstəxanaya yerləşdirildi

Baykal Dövlət Universitetinin (BDU) tələbələri arasında olan beş Çin vətəndaşı koronavirus infeksiyası şübhəsi ilə İrkutskdakı xəstəxanaya yerləşdirilib. Onların analizləri Novosibirskə göndərilib.

İrkutsk Regional Klinik Xəstəxanasının baş həkimi Vladimir Xabudaevin dediyinə görə, BDU rektoru bir neçə çinli tələbənin dərsə gəlməməsi səbəbindən onlarla əlaqə saxlayıb. Məlum olub ki, çinlilər iki-üç gün əvvəl xəstələniblər və bundan əvvəl tətil üçün vətənlərinə gediblərmiş. Onların evdə qalması koronavirus infeksiyası üçün mümkün olan inkubasiya dövrünə uyğundur.

Vladimir Xabudaevin sözlərinə görə, bu xəstələrin nə ilə xəstələndikləri etibarlı şəkildə məlumdur: “Analizlərin nəticələrinə görə, onlrın hamısında mövsümü “A” qripinin siptomu var. Koronavirus infeksiyasını tamamilə istisna etmək üçün xəstələrin müayinələri Novosibirskə göndərilib.”

Xəstə çinli tələbələrə görə BDU-nun yataqxanasında karantin tətbiq olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button