ArxivXəbər lentiXəbərlər

Bakı məscidlərində əzadarlıq məclisləri təşkil olunacaq (SİYAHI)

Oktyabrın 15-də Məhərrəm ayı daxil olur.

SalamNews xəbər verir ki, bu münasibətlə Bakı və Abşeronda fəaliyyət göstərən məscidlərdə əzadarlıq məclisləri təşkil olunacaq. Mərasimlər hər gün olmaqla Aşura gününə kimi davam edəcək.

Mərasimlər “Təzəpir”, “Əjdərbəy”, “İmam Hüseyn” məscidlərində təşkil olunacaq.

Belə ki, oktyabrın 14-də Bakının “Hacı Cavad” məscidinə şam namazından sonra mərasim başlayacaq.

– Oktyabrın 15-də “Məşhədi Dadaş” məscidinə saat 20.30-da;

– Bakıdakı Hüseyniyyədə şam və xiftən namazlarından sonra;

– Abşeron rayonu Digah qəsəbəsində yerləşən məsciddə şam və xiftən namazlarından sonra;

– Nardaran qəsəbəsində yerləşən Əhli-beyt (ə) adını daşıyan meydanda şam və xiftən namazlarından sonra.

Qeyd edək ki, bu gün QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd edilir ki, hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.

QMİ sədri A.Paşazadə bildirib ki, din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə, məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir. Bu məsələyə nəzarət daha da gücləndiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button