ArxivXəbər lentiXəbərlər

Vəhhabinin şəriət məhkəməsi gənci iki qolundan etdi

Zaqatala rayonunda baş verən cinayət hadisəsinin təfərrüatları məlum olub.
Zaqatala şəhərində yaşayan 26 yaşlı Vüsal Vahid oğlu Bəşirovun hər iki qolunun 1350 manat borca görə kəsildiyi açıqlanıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki,  Zaqatala şəhər sakini 30 yaşlı Araz Musayev və hələ ki, adı açıqlanmayan şəxs Vüsalın ağzını və əl-ayağını bağlayaraq Tala çayının üzərindəki simvolik asma körpünün altına aparıb, orada qollarını biləkdən kəsiblər. Araz Musayev sonradan könüllü olaraq Zaqatala rayon Polis Şöbəsinə gedərək polisə təslim olub.
Zərərçəkmişin atası Vahid Bəşirov oğlunun borclu olduğunu bildirib. Onun sözlərinə görə, borclu olduğu şəxslər Bakıdan qayıdan oğlunu söhbət etmək adıyla çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, nömrəyə zəng çatmayıb. Bir qədər sonra isə oğlunu telefonundan ona zəng gəlib, danışan şəxs “oğlunun əllərini kəsmişik, get xəstəxanaya oğlunun yanına”, deyib.
Polis Şöbəsindən istintaq getdiyinə görə, hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisəni törədən Araz Abdullayev isə vəhhabi təriqətinə mənsub olduğu bildirilir.
Zaqatala rayon Polis Şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.
Hadisədən sonra Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vüsal Bəşirovun hər iki qolu biləkdən amputasiya olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button