ArxivXəbər lentiXəbərlər

Rusiya üçün “qorxulu inqilab” ssenarisi

Ekspertlər Putinin bir ildən artıq hakimiyyətdə qala bilməyəcəyini söyləyir.

Rusiya və Qərb arasında münaqişə hər gün dərinləşir. Ukraynada baş verən proseslər yeni çalarlar alır. Putin dünya birliyinin iradəsinə zidd olaraq aşkar şəkildə separatçılara dəstək verməklə müharibə alovunu daha da dərinləşdirir. Son proseslər bir daha sübut edir ki, Rusiya imperiya ambisiyalarından əl çəkmək niyyətində deyil və Ukraynada baş verənlərin digər postsovet ölkələrinə transfer ediləməsinə çalışır. Hələ ki, Ukraynada baş verənlərin fonunda Qərb Rusiyaya qarşı sadəcə iqtisadi-maliyyə sanksiyaları tətbiq etməklə kifayətlənir. Bu yolla Rusiya iqtisadiyyatının gərgin duruma salınması, ölkədə sosial narazılıq formalaşdırmaqla hakimiyyət əleyhinə çıxışlara başladılması planlaşdırılır. Qərbin Rusiyaya qarşı siyasəti haqqında bir çox siyasi xadimlər və analitiklər maraqlı mülahizələr səsləndirirlər.
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Politico jurnalında “Avropa Rusiya ilə nə etməlidir?” başlıqlı məqaləsində yazır ki, bir neçə həftə əvvəl Almaniyanın Marshal Fondunun təşkil etdiyi tədbirdə o, Avropanın Ukrayna hadisələrinə reaksiyasını tənqid edəndə İtaliyanın xarici işlər naziri ona yaxınlaşıb və kinayə ilə soruşub ki, “Siz nə təklif edirsiniz? Avropa Rusiyanı bombalasınmı?“. Saakaşvili cavab verib ki, “Bəs Avropa gözləməlidirmi ki, birinci Rusiya Avropanı bombalasın?”.
Saakashvili yazır ki, heç kim Avropanın Rusiyaya hərbi cavabını gözləmir. Ancaq Avropa Rusiyaya qarşı sanskiya məsələsində yenə razılığa gələ bilmədi.
Saakashvilinin fikrincə, Avropa ölkələri diplomatik manevrlər edirlər ki, bəlkə münaqişə yavaş-yavaş səngidi, “dişləyən sanksiyalara” ehtiyac qalmadı.
Bu, Rusiyanın ustalaşdığı köhnə oyundur. Putin sülhə çağır-çağıra yaraqlıları silahlandırmaqda davam edir.
Saakashvili etimad doğuran müşahidəçilərin fikrini əsas gətirir ki, Rusiya kəşfiyyat əməliyyatları, silah təchizatı ilə Ukrayna ordusunun tükənməyini, Ukrayna iqtisadiyyatının çökməyini gözləyir. Onda xalq Ukrayna hakimiyyəti əleyhinə qalxacaq.
Saakashvili hesab edir ki, Avropanın cavabı Rusiyanın hərəkətlərinə adekvat deyil. Burda söhbət bombalamaq ya bombalamamaqdan getmir.
Saakashvili təklif edir ki, ABŞ və Avropa Ukraynaya birbaşa hərbi yardım etsin. Amerika və Avropa öz şirkətlərinə Rusiyanın enerji sektoruna investisiyaları qadağan etsin. Rusiyanın Drujba kəmərindən neft almağı dayandırsın. Rusiya ilə hərbi əməkdaşlığı qadağan etsin. ABŞ və Avropanın Mərkəzi Bankları Rusiyanın vəsaitlərini hesablarını dondursunlar.
Saakashvili hesab edir ki, bu addımların hətta bir qismi Putinin hakimiyyətini dağıdacaq.
Tanınmış yazıçı, Baş Kəşfiyyat İdarəsinin keçmiş kəşfiyyatçısı, 1978-ci ildə Böyük Britaniyaya qaçan Viktor Suvorov da Putinin hakimiyyətdə çox qala bilməyəcəyi fikrindədir. O, «Qordon» nəşrinə müsahibəsində Rusiyada bir ilə hakimiyyət dəyişikliyinin baş verəcəyini proqnozlaşdırıb. Əslən Ukraynadan olan yazıçı Avropanın sanksiyaları genişləndirəcəyini, lakin Rusiyaya qarşı sərt tədbirlər görməyəcəyini deyib. Onun sözlərinə görə, Ukraynada Malayziya təyyarəsinin vurulmasında birbaşa Kremlin iştirakı var. Putin isə artıq separatçılar üzərində nəzarəti itirib. Bu isə ölkənin parçalanmasına gətirib çıxara bilər.
Suvorov Putinin Rusiyada şovinizm dalğasını qaldırdığını və bunu dayandırmağın mümkünsüz olduğunu deyir. Əgər Kreml geri çəkilmək istəsə, yalançı vətənpərvərlər Putini satqınlığına görə ayaq altına alacaq.
Keçmiş kəşfiyyatçı artıq Putinin çıxış yolunun olmadığını və bir ildən sonra onu rəhbərlik etdiyi rejimin devriləcəyini deyir. 2015-ci ilin iyulun 23-də artıq Putin rejimi olmayacaq.
Rusiyanın baş naziri Medvediyev də artıq iqtisadiyyatda baş verən geriləmələrlə bağlı həyacan siqnalı verib. “Biz istehsalçılarımıza, mallarımıza, şirkətlərimizə təsir edən güclü sığortası olan iqtisadiyyatla qarşı-qarşıyayıq. Bu proses geriləməyəcək”.
Rusiya hökumətinin və rus şirkətlərinin maraqlarının qorunmasının vacib olduğunu deyən Medvedev buna görə Qərbi ittiham edib: “Biz bu problemə qarşı tədbir görməliyik. Bizim məğlubiyyətimizdən kimlərsə faydalanmaq istəyir. Buna heç vaxt icazə verməyəcəyik”.
Medvedevin fikrincə, sanksiyalar nəticəsində bir çox şirkətlərin Qərb bazarında mövqeyinin itirməsi sığortalı istehsala keçid üçün şərait yaradıb. Bu da gələcəkdə Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan vura bilər.
Artıq Rusiyaya tətbiq olunacaq sanksiyalarla bağlı Avropa Komissiyası xüsusi sənəd hazırlayıb. “Avropa Birliyi və üzv ölkələrin iqtisadiyyatında Rusiya barəsində məhdudlaşdırıcı ölçülərin qiymətləndirilməsi” adlanan sənəddə Rusiyaya qarşı “yüksək səviyyə” sanksiyalarının tətbiqində üç mümkün variant əks olunur.
Birinci, “aşağı intensivlik ssenarisi”nə 7 kateqoriya daxildir. 1. Zinət əşyalarının (briliyant, qiymətli metallar, xəzlər), eləcə də spirtli içkilər, kürü və qida məhsullarının idxalına qadağa. 2. Gübrələr, kimyəvi preparatlar, avtomobil şinləri, gəmilər və nüvə komponentlərinə qadağa. 3. Silahların idxalına və ixracına qadağa. 4. Göstərilən sahələrdə ixracat maliyyələşdirilməsinə qadağa. 5. Rusiya vətəndaşlarının və bəzi şirkətlərinin “qara siyahısını” genişləndirmək. 6. Avropa Birliyi tərəfindən Rusiya layihələrinə qrantların dayandırılması. 7. Avropa investisiya bankı tərəfindən Rusiyaya kreditlərin dayandırılması. İkinci, “Orta intensivlik ssenarisi”nə kateqoriya daxildir. 1. Bütün yarımfabrikatların və emal məhsullarının idxalı dayandırılsın. 2. Həssas texnologiyalar və silahın bütün idxal-ixracına qadağa. 3. “Qara siyahı” genişləndirilsin. 4. Ticarətə, investisiyalara və buna uyğun maliyyə xidmətlərinə məhdudiyyətlər qoyulur. 5. Rusiya Federasiyası və Avropa Birliyi şirkətləri arasında azad kapital hərəkəti məhdudlaşdırılır.
6. Rusiyanın avtomobil və dəniz xidmətindən istifadə məhdudlaşdırılır. 7. Rusiya investisiyaları, eləcə də enerji sektorundakılar dondurulur. 8. Kömürün idxalı dayandırılır. 9. Avropa Birliyi ilə Rusiyanın istənilən əməkdaşlığı dayandırılır. Üçüncü, son və ən sərt ssenari “yüksək intensivlikdir”. Burada 5 kateqoriya əksini tapıb. 1. Kapital bazarında məhduduiyyətlərin tətbiqi. 2. Avropa Birliyindən Rusiyaya istənilən yeni investisiyaların qadağası. 3. Avropa Birliyində Rusiyanın bütün aktivlərinin dondurulması. 4. Qaz idxalının dayandırılması. 5. Neft idxalının dayandırılması. Ekspertlər hesab edir ki, belə sanksiyalar Rusiya üçün 300 milyard dollar itkidir. Lakin bu sənəd qəbul olunmayıb. Hələ ki müzakirə mərhələsindədir. Bununla yanaşı, Avropa Birliyinin Rusiyaya qarşı hansı səviyyədə sanksiya tətbiq edəcəyi də diqqət çəkir. Ekspertlər hesab edir ki, sanksiyalar işə düşərsə Rusiya iqtisadiyyatı kəskin böhranla üz-üzə qalacaq. Bunun ölkədə sosial narazılıqlara meydan açacağını, yeni inqilabi ab-havanın formalaşacağını proqnozlaşdıranlar az deyil. Rusiya iqtisadiyyatının çökməsi nəticəsində yerli oliqarxların, iş adamlarının Putindən üz çevirəcəyi və nəticədə onun hakimiyyətini itirəcəyi istisna olunmur. İndiki şəraitdə Qərbin əsas hərəkət planlarından biri məhz Rusiyanı daxildən parçalamaqdır. Bunun üçün həm etnik amildən, həm də sosial partlayış yaratmaq taktikasından istifadə olunması düşünülür. Artıq Putinin “Yeni SSRİ” layihəsini reallaşdırmaq, NATO-ya qarşı yeni hərbi ittifaq yaratmaq planları Qərbdə təhlükənin reallığı ilə bağlı qənaət formalaşdırıb. Odur ki, Rusiyada inqilabi şərait yaratmaqla “Pyotrun varisini” hakimiyyətdən devirmək üçün bütün mümkün variantlar işlənilir. Hadisələrin necə inkişaf edəcəyini isə tarix göstərəcək./gundemshok/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button