ArxivIslamXəbər lentiXəbərlər

Rusiya səhəri dəhşətli xəbərlə açdı – VİDEO

Rusiya FHN-nin yaydığı video görüntülərdə ətrafa sıx buxarın yayıldığı görünür. Oteldən isti su çəkildikdən sonra beş nəfərin cəsədi aşkarlanıb

Rusiyanın Perm şəhərində mini oteldə isti su borusunun partlaması nəticəsində beş nəfər ölüb.

 

İslaminSesi “RİA Novosti”-yə istinadən xəbər verir ki, hadisə “Karamel” adlı mini oteldə baş verib.

Rusiya FHN-nin yaydığı video görüntülərdə ətrafa sıx buxarın yayıldığı görünür. Oteldən isti su çəkildikdən sonra beş nəfərin cəsədi aşkarlanıb.

Səhiyyə Nazirliyinin regional bölməsinin xəbərinə görə, hadisə nəticəsində xəsarət alan daha üç nəfər xəstəxanaya yerləşdirilib. İnsidentin qarşısını alan zaman iki xilasedici də xəsarət alıb. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb./sputnik.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button