AktualAktualArxivIslamTarixXəbər lentiXəbərlər

Rusiya Dumasının üzvü: Şimali Qafqazda terror və vəhabiliyin amili Ərəbistandır

Rusiya Dövlət Dumasında MDB məsələləri üzrə komitənin sədri deyib: “Bəzi vaxtlar Ərəbistana xüsusi xəbərdarlıq edilir, lakin bu məsələ mediaya çıxarılmır. Ərəbistana tövsiyə edirik ki, siyasətlərində ehtiyatlı olsunlar.”

Qafqaz Həqiqətləri- Rusiya Dövlət Dumasınn üzvü və MDB məsələləri üzrə komitəsinin sədri Konstantin Zatulin “Sərhədsiz” televiziya verlişinin qonağı olub.

Verlişdə sionist rejim, Amerika, Ərəbistan və İranla bağlı açıq sualları cavablandıran K. Zatulin müsahibəsinin bir hissəsində deyib: “Düzdür ki, Rusiya regionda digər iqtisadi maraqları qəbul edir, lakin İran əleyhinə siyasətlərə qoşulmamışdır və İranın saxlama siyasətləri ilə əməkdaşlıq etməmişdir.”

Duma təmsilçisi vurğulayıb: “Netanyahunun Putinə İranla bağlı təsir göstərmək səyləri uğursuz olmuşdur. Çünki Rusiya inanır ki, bu iki ölkə arasındakı qarşıdurma onun öz milli maraqlarını da bərk təhdid edir.”

  1. Zatulin Rusiyanın Ərəbistana mediaya sızmayan xəbərdarlığını da ifşa edərək deyib: “Ərəbistan kralının Kremlə səfər etməsinə baxmayaraq, Rusiya Şimali Qafqazda terrorizm və vəhabilik amilinin yalnız Səudiyyə Ərəbistanı olduğuna əmindir.”

Rusiyalı siyasətçi İran və Rusiyanın Suriyada əmin-amanlığın yaranmasında ortaq əməkdaşlığına da toxunaraq deyib: “Regionda yerli əməkdaşlıqlar İŞİD və terrorizmin kökünü kəsə bildi. Cari Suriya müzakirələrində Moskvanın qarşısına qoyduğu əsas məqsəd terrorizmi tam məhv etmək və İdlibi terrorçulardan təmizləməkdir.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button