ArxivXəbər lentiXəbərlər

Rusiya-Azərbaycan sərhədində aclıqi

Rusiya-Azərbaycan sərhədində Azərbaycana keçmək üçün gözləyən Azərbaycan vətəndaşları aclığı dördüncü gündür davam etdirirlər. Aksiya iştirakçıları ölkəyə buraxılmalarını tələb edirlər. Bu barədə 44 gündür Azərbaycan sərhədində ölkəyə keçmək üçün gözləyən Tovuz rayonunun Aşağı Öysüzlü kəndindən olan Asim Tağıyev Turan-a bildirib

Onun sözlərinə görə, açıq havada, betonun üstündə gecələyən insanlar yeməkdən imtina edib, aclığa başlayıblar. Aclıq edənlərin sayı hazırda 150 nədəfərədəkdir.

“Bircə tələbimiz var. Sərhədi açsınlar, evimizə gedək. Aclıq edənlər dünən yağışın altında qaldılar. Bu gün də günün istisində orada dururlar”, deyə o qeyd edib.

Tağıyevin dediyinə görə, hazırda Rusiya-Azərbaycan sərhədində 700-800 Azərbaycan vətəndaşı var. Onlar iki aydan çoxdur ki, Azərbaycana keçmək üçün gözləyirlər.

“Sərhədə toplaşan Azərbaycan vətəndaşlarının sayı mindən çox idi. Onlar o qədər burada qaldılar, sonda bezdilər, pulları qurtardı, oradan-buradan pul istəməkdən utandılar, qayıtdılar geri işləməyə. Bax, mən özüm bir ay 13 gündür burada gözləyirəm”.

Tağıyev deyib ki, sərhəddə qaldıqları yerdə sanitar vəziyyət çox pisdir.

“Çimməyə şəraitimiz yoxdur, sıfır dərəcəsindədir. Kimi yardım edir, kimi etmir. Bir çox insanlar betonun üstündə yatırlar. Çadırda yatanlar da yalnız gecələr oraya gedirlər. Gündüzlər istidən çadıra girmək mümkün deyil”.

Asim Tağıyevin dediyinə görə, o, sərhəddən insanların Azərbaycana buraxılması qaydasından da narazıdır. “Burada qalanlar köhnələrdir. Təzə gələnləri Azərbaycana buraxırlar, köhnədən gözləyənlər burada qalırlar. Hətta burada belə şaiyə yayılıb ki, kimin pulu var, kimin day-dayı (himayəçi – red.) var, onlar buraxılır. Faktiki də təzələr gələn kimi, onlar oteldə qalanlar idi, zəng çaldılar otelə çağırdılar, sayınca da buraxdılar. Bizim aramızda da, belə deyim, baxırdın geyiminə-geçiminə, nizamlı insandır, səliqəli-sahmanlı insandır, o insalar getdi. Faktiki baxırsan ki, deyilənlər də doğrudur”, deyə o qeyd edib.

Azərbaycan rəsmiləri Asim Tağıyevin dediklərinə şərh verməyib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Ölkəyə giriş-çıxışa iyunun 15-dək qadağa tətbiq edilib. Bununla yanaşı, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının xüsusi aviareyslər və quru yolları vasitəsi ilə Azərbaycana gətirilməsi davam etdirilir.

Yüz minlərlə Azərbaycan vətəndaşının yaşadığı Rusiya və Türkiyədən insanların ölkəyə gətirlməsində problemlər davam etməkdədir. Belə ki, hökumət rəsmiləri bu ölkələrdə qalmış çoxsaylı vətəndaşların ölkədə karantinə yerləşdirilməsi və müayinə-müalicəsi üçün imkanların məhdud olduğunu bildirir. Bu səbədən də həmin insaların ölkəyə vaxtaşırı müəyyən sayda buraxıldığını bildirirlər.

Rusiyanın Azərbaycanla sərhədində toplaşan Azərbaycan vətəndaşlarının probleminin həlli mayın 18-də iki ölkənin prezidentləri və sonra xarici işlər nazirləri səviyyəsində də müzakirə olunub. Buna baxmayaraq, problem hələ də həllini gözləyir.

Dərbənd Mərkəzi Xəstəxanasının baş həkimi Abdulqafar Şıxməhəmmədova Ria agentliyinə bildirib ki, Rusiyanın Dağıstan Respublikasında Azərbaycana keçməyi gözləyən altı azərbaycanlıda artıq COVİD-19 aşkarlanıb.

Rəsmi məlumatlara görə, mayın 18-dən sonra Rusiya sərhədində gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı ölkəyə gətirlib.

İctimai məsələlər üzrə ekspert Anar Məmmədli hesab edir ki, Azərbaycan hökuməti vətəndaşlarının hüquqlarını müdafiə etməli, onların sosial tələblərini qarşılamalı və vətənə dönüşünü təmin etməlidir.

“Dərbənddən Qubaya cəmi 2 saata avtomobillə çatmaq olar. Orada qalan minə yaxın Azərbaycan vətəndaşını Qubada yerləşən otellərdə karantinə daxil etmək olar. Bunun üçün bir az məsuliyyətli və iradəli olmaq yetərlidir”, deyə ekspert qeyd edib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button