ArxivXəbər lentiXəbərlər

Rusiya ABŞ-ı nümayəndə heyətinə viza verməməkdə ittiham edir

Bu barədə Azadlıq Radiosu xəbər verib.
Xəbərdə deyilir ki, bir rusiyalı deputat sentyabrın 24-də vizaların verilməməsini “azğın hərəkət” adlandırıb. Xarici işlər naziri Sergey Lavrovun sözçüsü isə deyib ki, durum ABŞ-ın Dövlət katibi Mike Pompeo ilə müzakirə olunacaq.
Vaşinqtonun bildirməsinə görə, Rusiya rəsmiləri vizaların verilməsi üçün gərəkən sənədləri təqdim etməyib.
“Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini pozub və özüm daxil olmaqla, rəsmi nümayəndə heyətinin bir sıra üzvlərinə vizanı vaxtında verməyib”, – Rusiya Federasiya Şurasının üzvü Konstantin Kosachyov deyib.
“Bu, biabırçı, azğın hərəkətdir, izahı, yaxud əsaslandırması yoxdur”, – o, sözlərinə əlavə edib.
Rusiya və Birləşmiş Ştatların münasibətlərində bir sıra məsələlər üzündən gərginlik yaşanır. Moskva Ukrayna ərazisinə təcavüz edib, ABŞ-da prezident seçkisinə müdaxilə iddiaları var, Suriyada vətəndaş müharibəsində prezident Bashar al-Assad rejimini dəstəkləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button