ArxivIslammədəniyyatXəbər lentiXəbərlər

Ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ

Əlbəttə, bundan dərhal sonra vacib əməlləri həyata keçirmək gəlir; vacib əməllər arasında da hamısından əhəmiyyətlisi namazdır; vaxtın əvvəlində, hüzuri-qəlblə qılınan namaz. Hüzuri-qəlb odur ki, namaz qıldığın vaxt kiminlə həmsöhbət olduğunu, kimə üz tutduğunu biləsən, buna diqqət yetirəsən. Bəzən namazda insanın diqqəti yayınır, eybi yoxdur. Yenidən diqqətini toplayan kimi özündə həmin haləti, yəni kimə üz tutduğunu bilmək hissini bərpa etsin və sona qədər qorumağa çalışsın; hüzuri-qəlb budur. Namazı hüzuri-qəlblə, vaxtın əvvəlində, əlindən gəldiyi qədər camaatla qılmaq – əgər bu məsələlərə riayət etsəniz, mənəvi yüksəlişə nail olacaqsınız, bir mələyə çevriləcəksiniz, mələkdən də uca olacaqsınız. Bunu bilin.
Siz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, çirkinliklərə bulaşmamısınız və ya çox az bulaşmısınız. Bizim yaşımıza çatanda bu baxımdan insan bir çox çətinliklərlə qarşılaşır. Odur ki əgər bunlara riyaət etsəniz, başqa heç bir nəsihətə ehtiyacınız olmaz. Hansısa xüsusi zikrlərə və bu kimi işlərə heç bir lüzum yoxdur. Əlbəttə, çox yaxşı olar ki, Quranla ünsiyyətdə olasınız, hər gün bir neçə ayə də olsa, hökmən oxuyasınız; bunlar çox yaxşıdır. Amma vacib əməllərə qarşı çox diqqətli olun. (Ali Rəhbərin mübarək Ramazan ayının 24-cü günü tələbələrlə keçirdiyi görüş zamanı etdiyi çıxış – 11/7/2015.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button