ArxivIslamXəbər lentiXəbərlər

Ruhani: İran hər kəsin təhdid edə biləcəyindən daha güclüdür

espublikasının prezidenti dünən axşamçağı bütün İran boyu sünni əhlinin din ailmləri və ziyalıları ilə görüşdə vurğulayıb ki, İran İslam Respublikası və İran xalqı hər kəsin təhdid edə biləcəyindən daha güclüdür.
“Bu gün düşmənlər tərəfindən müxtəlif hədələrin şahidiyik” deyən Həsən Ruhani vurğulayıb: Başıucalıq və düşmənləri məğlub etməklə bu çətin mərhələdən də keçib gedəcəyik.
Sünni əhlinin inqilabın bütün səhnələrindəki fəal iştirakına toxunan Ruhani deyib: Sünni əhli bütün səhnələrdə, xüsusən seçkilər meydanında seçki məntəqələrinə gedərək, öz nümayəndələrini seçir.
Həsən Ruhani söyləyib: İran İslam İnqilabı xas bir məzhəbə aid deyil; bütün İran xalqı və bütün məzhəblər inqilab səhnəsində fəal və geniş şəkildə iştirak ediblər və bütün bunlar ölkəyə və inqilaba sahibdirlər.
“Sərhəd vilayətlərində sünni əhli inqilabın qələbəsinin başlanmasından bəri həmişə İran İslam Respublikası quruluşunun vəfalı sərhədçisi olubdur” deyən İran prezidenti vurğulayıb: Bu gün şiə və sünninin ölkənin inkişafı və tərəqqisi üçün necə bir-birinin kənarında durmalarının şahidiyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button