ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Ruhani BMT-də Xanım Zəhranın sitatından misal gətirdi: Əvvəlcə qonşular…

 

İran prezidenti Həsən Ruhani bu gün BMT-də çıxış edib.

Ruhani çıxışı zamanı “İranın Fars Körfəzi və Hürmüz Boğazında təhlükəsizlik, sülh, sabitliklə bağlı tarixi məsuliyyəti istiqamətində Fars Körfəzi və Hürmüz Boğazının ətrafındakı inkişaflardan təsirlənən bütün ölkələri “Ümid Koalisiyası” olan Hürmüz Sülh təklifinə qatılmağa dəvət edirəm.”, -deyib.

Ümid Koalisiyasının hədəfi, Hürmüz Boğazında yer alan bütün ölkələrin sülh, stabillik və rəfahının artması, qarşılıqlı anlayış, sərbəst surətdə neft və digər enerji qaynaqlarının daşınması və bunların daha artığını nəzərdə tutur.”, -deyən Ruhani koalisiyanın qarşılıqlı mənfəətlər, bərabərlik, dioloq və işbirliyi, torpaq bütünlüyü və suveren hüquqlara hörmət, beyəlxalq sərhədlərə hörmət, bütün ixtilafların sülh yolu ilə həlli və hər şeydən önəmlisi əsas ölkələrə hücum və daxili işlərinə qarışmaqdan uzaq durma kimi hədəflərini açıqlayıb.

Xarici Koalisiyalar bölgədəki gərginliyi artırır…

Ruhani sözlərinin davamında “Bölgədə xarixi güclərin nəzarəti və ya liderliyindəki hər hansı bir koalisiyanın təsis edilməsi, bölgənin daxili işlərinə müdaxilə mənasını verir. Bunlar gərginliyin artması və durumun daha qarmaqarışıqlıq hala dönməsinə səbəb olmaqla və bölgənin sülh, stabillik və təhlükəsizliyini təhdid etməkdədir.”, -deyə əlavə edib.

Bölgənin təhlükəsizliyi ABŞ əsgərlərinin bu ölkələrdən çıxması ilə təmin ediləcək…

İran prezidenti daha sonra ABŞ əsgərlərinin silahları və mübarizəsi ilə deyil, onların bölgədən çıxması ilə təmin ediləcəyini qeyd edib.

Ruhani sonra deyib: “ABŞ 18 il sonra terrorçu addımları azaltmadı, fəqət İran İslam Respublikası İŞİD fitnəsini qonşu dövlətlər və millətlərin yardımı ilə sonlandırdı.

Həsən Ruhani qonşularına xitabən, İranın qonşularının sülh, təhlükəsizlik və müstəqiliyinin İranın sülh, təhlükəsizlik və müstəqilliyi mənasını daşıdığını qeyd edib.

Amerika bizim qonşumuz deyildir, İran sizin qonşunuzdur, bizə öyrətilən əvvəlcə qonşu sonra evin daxili, çətin anlarda biz və siz yalnız qalacağıq. Biz birlikdə qonşuyuq, Amerika ilə deyil.”, -deyən Həsən Ruhani ABŞ-a müzakirə yolunu açmaq üçün embarqoları dayandırmağa səsləyib.

Mən İran xalqı tərəfindən bizim embarqo altında müzakirə istəyinə cavabımızın “xeyir” olduğunu elan edirəm. İran dövləti və millər 1.5 ildən bəri ən çətin embarqolar qarşısında dirənmişdir, heç bir zaman yoxsulluq, basqı və embarqo silahı ilə İranı təslim edərək müzakirəyə məcbur etmək istəyən düşmənlə müzakirə etməyəcəkdir.“, -deyə İran prezidenti bildirib.

Tramın müzakirə istəyinə xitabən “Bəli əgər müzakirə istəyirsinizsə, embarqoları dayandırın o zaman dialoq yolu açılacaq.”, -Ruhani deyib.

Yaxın Şər bölgəsində ən böyük qurban Fələstindir…

Ruhani Yaxın Şərq məsələsilə bağlı “Yaxın Şərq müharibə, təcavüz, işğal, məzhəbi təəssüblər və radikalizm atəşində yanmaqdadır. Burada ən böyük qurban məzlum Fələstindir. Fələstində ərazilərin qəsb edilməsi, cinayət və ayrıseçkilik hələ də davam etməkdədir“, -deyə sözlərinə davam edib.

Müzakirə masasına dönək…

Ruhani bu mövzuda “Bölgə böyük təhlükə və təhdidlə qarşı qarşıyadır. Biz xaricilərin təhriklərini qəbul edən deyilik və torpaqlarımıza, təhlükəsizliyimizə ediləcək hücumlara dəqiq cavab verərik, fəqət bizim alternativ və istədiyimiz yol, Fars Körfəzi və Hürmüz Boğazı ölkələrində ortaq mənfəəti olan bütün millətlərlə birlikdir.”, -deyə bildirib.

İran prezidenti sözlərinin sonunda deyib:  “İranın mesajı budur, gəlin müharibə və şiddətə sərmayə qoymaq yerinə, daha yaxşı gələcək ümidinə sərmayə qoyaq. Ədalətə geri dönək, sülhə, qanuna, əhdə vəfaya və müzakirə masasına geri dönək.”

* İmam Həsən (ə) buyurub ki, anam Fatimə (ə) gecələr sübh açılana kimi namaz qılardı. Hər namazda mömin kişi və qadınların adlarını çəkib onlardan ötrü dua edərdi, amma özü üçün Allahdan bir şey istəməzdi. Bir dəfə anamdan soruşdum: “Niyə başqaları üçün dua etdiyin kimi özündən ötrü dua etmirsən?” Cavab verdi: “Oğlum, əvvəl qonşu, sonra ev (ailə üzvləri)” (Şeyx Səduq. İləl-əl-şərai, 1-ci cild, səh. 180).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button