ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Rövşən Cavadov kimdir?

Rövşən Cavadov kimdir?
Rövşən Bəxtiyar oğlu Cavadov (d. 19 oktyabr 1951, Laçın, Azərbaycan SSR – ö. 17 mart 1995, Bakı) – Azərbaycanlı hərbçi, Polkovnik, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri (1992-1994), Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini (1994-1995).

Cavadov Rövşən Bəxtiyar oğlu 19 oktyabr 1951-ci ildə Laçın rayonunda anadan olub.

1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetindən məzun olub.

1973-1976-cı illər arasında DİN Xəstəxanasında işləyib.

1976-cı ildə Rostov şəhərindəki SSRİ DİN Akademiyasına daxil olub və 1980-ci ildə burdan məzun olub.

1980-ci ildə Əfqanıstanda hərbi xidmət üçün müraciət etsə də bu müraciəti anti-kommunist fikirlərinə görə Moskva tərəfindən qəbul edilməyib.

1981-ci ildə Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam edib.

1982-ci ildə Gəncə şəhərinə sahə müvəkkili təyin olunub.

1987-ci ildə qardaşı Mahir Cavadovla bəraber Təkamül Partiyasını yaradır.

Qanlı yanvar hadisələrində tərəfdaşları və tələbələri ilə SSRİ qoşunlarına əldə olan imkanlarla qarşı qoymuş və Gəncə şəhərinə gedərək iri miqyaslı üsyan hərəkatı başlatmağı planlayıb.

Qarabağda baş verən hadisələr zamanı Təkamül Partiyası Rövşən Cavadovun təlimatı ilə hərbi birləşməyə çevrilir.

Azərbaycan höküməti Rövşən Cavadova polkovnik hərbi rütbəsi verir və onun hərbi birləşmələrini XTPD (xüsusi təyinatlı polis dəstəsi ) olaraq adlandırır.

1991-ci ildə göstərdikləri müvəffəqiyyət və qəhrəmanlıqlara görə XTPD üzvləri milli qəhrəman elan edilir.

1993-cü ildə R.Cavadov AXCP iqtidarı tərəfindən AR Daxili İşlər Nazirinin müavini təyin edilir.

Eyni il Cavadov Diaspora köməyini nəzərə alaraq Əfqanıstandan 1300 təcrübəli döyüşçünü Qarabağa dəvət edir.

1995-ci ildə mart qiyamı zamanı qətlə yetirilib. (adam.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button