ArxivXəbər lentiXəbərlər

Millət vəkilindən mühüm müharibə – Təklifi

Səngərdəki döyüşlərlə yanaşı, informasiya müharibəsinin də öz generalları olmalıdır.

Bu sözləri Milli Məclisin ötəngünkü iclasında Prezident İlham Əliyevin Rusiyanın tanınmış jurnalisti Vladimir Solovyovu qəbul etməsi məsələsinə toxunması ilə bağlı Axar.az-a danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili ölkə rəhbərinin yüksək diplomatik məharətinin və güclü xarizmasının təkcə böyük dövlət adamlarının deyil, hətta Azərbaycan əleyhinə ardıcıl mövqe tutan istənilən adamın düşüncələrində kəskin dəyişiklik yaratdığı vurğulayıb.

Rus jurnalistin verilişlərinə azərbaycanlı ekspertlərin dəvət olunmaması problemindən danışan Zahid Oruc nəinki Rusiyada, eləcə də Türkiyə, Gürcüstan, Ukrayna, o cümlədən Avropa arealında yaşayan azərbaycanlıların həmin ölkələrin iqtisadi-mədəni həyatına böyük töhfələr verdiyini bildirib:

“Soyadaşlarımızın bir qismi xaricdə artıq 2 və ya 3-cü nəsil olaraq yaşayır, cəmiyyətin yuxarı eşalonlarında təmsil olunurlar. Lakin informasiya məkanına çıxmaq, siyasi meydanda aktiv yer almaq və dövlətlərin hakim elitasına daxil olmaq uğrunda fəaliyyətin zəifliyi ciddi problem olaraq qalır. Vaxtilə Ulu Öndər Fransa prezidenti ilə görüşəndə Şirak söyləmişdi ki, erməni soyqırımı ilə bağlı türk lobbi qruplarının kəskin etirazı küçə və meydanlarda nümayiş edilsə, onun komandası və qanunverici orqan təmsilçiləri də bununla hesablaşmağa məcbur olar.

Deməli, bizim imkanlı soydaşlarımız xaricdə savadlı diplomata, hüquqşünasa, siyasətçiyə investisiya qoymaqla öz xalqının maraqları üçün nə qədər misilsiz işləri gördüklərinin fərqində olmalıdırlar. Dövləti və xalqı belə savaşlarda qorumaq müharibədə iştiraka bərabər hadisədir. Ona görə də hər şeyi dövlətdən gözləmək yanlışdır”.

Millət vəkilinin sözlərinə görə, Rusiyada “Milyarderlər İttifaqı” çətiri altına toplaşanalar vaxtilə on tələbəmizi maliyyətləşdirsəydi, indi onların yetirmələri qabaqcıl informasiya texnoloqlarına çevrilərdilər:

“Səfirlik və diaspor qurumlarımız bunu milli ideoloji planlarının baş sətrinə yazmalıdılar. Çünki səngərdəki döyüşlərlə yanaşı, informasiya müharibəsinin də öz generalları olmalıdır!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button