ArxivFilm​IslamSosialXəbər lentiXəbərlər

Ramiz Mehdiyevin qızına toy edən kürəkəni 15 sutka həbs olundu – VİDEO

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.

 İslamazeri.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

 

“Qafqazinfo” xəbər verir ki, toyun  görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev barəsindəki protokola baxılması üçün iş məhkəməyə göndərilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək. Proses bir neçə dəqiqə sonra Abşeron Rayon Məhkəməsində başlayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button