ArxivFatimi yaşayişIslamSosialXəbər lentiXəbərlər

Ramiz Mehdiyevin kürəkəninin ağlamasında Hacı Talenin həbs edilmə səbəbi məlum olur

(Allaha söykənənlərlə Ramizə söykənənlərin fərqi)

Ramiz Mehdiyev şousu davam edir. Əziz xalqımız erməni önündə dayana biləcək “kişiləri”, məsələn Fəzail Ağlamalıları hər gün görür. Onlar “kişiləşir”, meydana çıxır və Ramizin xain olduğunu deyirlər. Təbii ki, Ramiz xain idi və dövlətə vurduğu zərbələri görüb susurdunuzsa siz də xainsiz. Bu, öz yerində.
Deməli, Ramizin balasına toy edən kürəkəni həbsdən çıxıb. Utanmazcasına durub hələ bir müsahibə də verib. Bəli, müsahibədə utanılası bir şey yoxdur. Utancverici budur ki, sən qələt edib başını daşa vurub qanunları pozub toy eləmisən. Toy edəndə də kimə arxalanmısan? Ramiz Mehdiyevə. Daha sonra həbs edilir, həbsdən çıxanda ağlayırsan, deyirsən ki, qələt eləmişəm, başımı daşa döymüşəm.

Məhərrəmdə ağlamağın, izzətli göz yaşlarının qarşısını alanlar şahid olsunlar. Baxın, adam ağlayır, amma onun göz yaşları zillət göz yaşlarıdır. Digər tərəfdən Məhərrəm ayı qəm, izzətli göz yaşları ayıdır. Bu ayda izzətlə İmam Hüseynə (ə) ağlayan şəxslərdən biri də əziz hacımız – Hacı Taledir. Onun timsalında Hacı Mövsüm, Hacı Abgül və s. mərd, mübaiz ruhanilər və dindarlar.
İndi görürsüz ki, niyə məhərrəmliyi qadağan edir, Hacı Tale kimiləri həbs edirlər? Çünki Hacı Tale və onun mislində olanlar azadlıqda olduqları müddətdə Ramiz və onun kürəkəni, bir də onun kimi olanlara kişilik, qeyrət, izzət dərsi keçəcəkdir.
Belə ki, Hacı Tale, Hacı Mövsüm və Hacı Abgülün azadlığı onların bir ömür Allahı zikr edən iki dodağının arasında gizlənmişdir. Yoxsa dövlətin rüşvətə batmış, sifarişli, şərəfsiz məhkəməsi hansı haqla onları həbs edib ki?  Amma onlar deyir ki, biz iki dodağımızın arasından iki kəlmə çıxaracağıqsa “zillət uzaqdır”, “Ya Hüseyn” sözlərini çıxararıq da.
Bəli, məhz buna görə əziz inanc əhli həbs edilib. Bu Ramiz Mehdiyev, alçaq hakimiyyətin məktəbi, digəri isə İmam Hüseynin (ə) izzət məktəbi. Birincidə Ramiz Mehdiyevə, rusa arxalanmaq vardır, ikincidə isə Allaha arxalanıb, təvəkkül edib İmam Hüseyn (ə) yolunu getmək açıq-aşkar görünür.
nur_az.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button