ArxivXəbər lentiXəbərlər

R. Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandırıb

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandıraraq, deyib: Bu ofis Azərbaycan-Avropa münasibətlərini gücləndirmək yerinə, iki tərəf əlaqələrini pozmaq istiqamətində və qeyri-səmərəli yolda səy göstərirdi.

O, bu ofisin fəaliyyətinin Qərb ölkələrinin Azərbaycan Respublikasındakı maraqlarının təmini istiqamətində olduğunu dilə gətirərək, söyləyib: Bu ofisin birneçəillik fəaliyyəti Azərbaycan Respublikasına heç bir töhfə verməyibdir.

Rövşən Novruzoğlu deyib: Bu ofis qeyri-qanuni formada və iri məbləğlər xərcləyərək, Azərbaycan Respublikasının maraqlarına zərbə vurmaq niyyətində olub və bir casusluq vasitəsi kimi və böyük Avropa ölkələrinin maraqlarını təmin etmək istiqamətində səy göstərirdi.

Bu azəri ekspert ATƏT-in Bakıdakı ofisinin bağlanmasını ölkəsinin məsləhətinə uyğun olduğunu deyərək, vurğulayıb: Bu Avropa ofisinin fəaliyyəti yerinə, Azərbaycanda İslam ölkələrinin demokratik qurumlarının faəliyyətinin şahidi olmaq istəyərdim ki, onlar zərurət məqamında beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini himayə etmiş olsunlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button