ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Quranla ünsiyyət

Allahın elçisi (ə) ömrünün son anlarında müsəlmanlar arasında iki dəyərli gövhəri əmanət qoydu: Quran və Əhli-beyt (ə). Bu iki əmanətin arxasınca getmək insanı xoşbəxt edir.
Həzrət Zəhranın (ə) həyatında Quranın xüsusi yeri var idi, övladlarına da Quranla mənus olmağı tövsiyə edirdi.
Ayə
“Qurandan sizə müyəssər olanı (asan gələni) oxuyun.”
(“Muzzəmmil” surəsi, ayə 20)
Hədis
Həzrət Fatimə (ə) buyurub: “Bu kitabın (Quran) dəlilləri açıq-aşkar, sirləri aydın, zahiri işıq saçandır. Onun arxasınca düşənlər onunla arzusuna çatır. Ona tabe olanları cənnətə aparır, ona qulaq asanları nicata çatdırır. Bu kitabla Allahın nurani dəlillərini, geniş izah olunmuş vaciblərini, həzər olunmuş haramlarını bilmək olar. Onun bəyan etdikləri açıq-aşkar, dəlilləri kifayət edəcək həddədir. O kitabda əməl olunası çoxlu fəzilət, insanlara hədiyyə edilmiş rüxsətlər və şəriət hökmləri qeyd olunmuşdur.”
(“Fədək” xütbəsindən bir hissə)

Ənənə

– Başını yuxarı qaldır Salman, nə düşünürsən?

– Peyğəmbərin (s) qızının şəhadətindən sonra onu itirməyimiz hamımız üçün çox ağır bir qəm olub. Hələ də onun pıçıltıları qulağımdadır.

– Hansı pıçıltıları?

– Bir gün Allahın rəsulu (s) məni evlərinə göndərdi. İcazə alıb içəri daxil oldum. Gördüm ki, Peyğəmbərin (ə) sevimli qızı Quran oxuya-oxuya ev işlərinə məşğuldur və əl dəyirmanı işlədir. Fatimənin (ə) Quran oxumasından vücudumda elə bir rahatlıq yarandı ki, hələ də o rahatlığın ardıncayam.[1]

(“Biharul-ənvar”, c. 43, səh. 88)

 

Hekayə

Gözləyirdim ki, həmişəki kimi Həmd, ya Tövhid surəsini oxuyacaq və sıra növbəti şəxsə çatacaq. Amma Ənam surəsini qaldığı yerdən oxumağa başladı. Dodaqlarında təbəssüm var idi. Quranı tərtillə və səhvə yol vermədən tilavət edirdi. Hamı heyrətlə ona baxırdı. Bir səhifəni oxuyub qurtardıqdan sonra bir nəfər ona dedi:

– Hacıxanım, sən Quran oxuya bilirmişsən, bizim xəbərimiz yox imiş? Özü də bu qədər səlis və gözəl!

Dedi: – Oğlumun hədiyyəsidir. Yuxuda mənə dedi ki, anacan, hər nə istəyirsənsə de, mən onu Allahdan sənin üçün istəyim. Dedim: – Kazim, özün yaxşı bilirsən ki, Quran oxumağı nə qədər sevirəm, amma oxuya bilmirəm. Mənə dedi: – Sübh namazından sonra Quranı götür və oxu!

Sübh namazını qıldıqdan sonra Quranı götürdüm və hər yerini açdımsa, gördüm ki, oxuya bilmirəm.

(Şəhid Hacı Kazim Rastqarın kəramətlərindən bir xatirə)


[1] Həmin illərdə həzrət Salman qoca yaşlarında idi. Həzrət Salman Peyğəmbərin (s) və İmam Əlinin (ə) xas və yaxın səhabələrindən olmuşdur. Onun yaşı barədə müxtəlif nəzərlər vardır. Amma rəvayətlərin çoxu Salmanın yaşının 250 ilə yaxın olduğunu çatdırır. O, İmam Əlinin (ə) xilafətinin ilk illərində vəfat etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button