ArxivmədəniyyatXəbər lentiXəbərlər

Qocalar Evində ürək ağrıdan mənzərə – FOTO

FaktXəbər-in verdiyi məlumata görə, “Sancaq” production-un səhifəsində Qocalar Evində baş verən rəzalətlə bağlı “Ürək ağrısıyla” ADLI status paylaşılıb. “Sözüm var! Kimdən? Qocalar evinin müdriyyətindən!!!” kəlmələri ilə başlanan yazıdan belə məlum olur ki, bir qrup saç ustası xeyriyyə məqsədiylə Qocalar Evinə ziyarətə gedibmiş. Rəhbərlikdən lazımı icazə alındığına baxmayaraq, onlar müəssisədə xoş qarşılanmayıblar. Daha sonra xeyriyyəçi orada gördüyü ürək ağrıdan mənzərədən danışıb. Həmin statusu olduğu kimi sizlərə çatdırırıq:

“Keçən dəfə yığışıb getdik Bilgəhdəki qocalar evinə, onların saçlarını səliqəyə salmağa. Vallah ürəyim açıldı, səhər tezdən avtobus stilistlərlə dolu idi. Hamı belə tədbirdə iştirak etməyi özünə borc bilib gəlmişdi. Ancaq sevincim uzun çəkmədi. 1-2 həftə öncə müdriyyətdən icazə alıb gəldiyimiz vaxt xəbərdar etməyimizə baxmayaraq bizi qarşılayan olmadı… Uzun müddət axtarışdan sonra mətbəxtdə əyləşmiş direktoru tapdığzmız kimi “Salam” sözünun əvəzinə “Bu nədi? Niyə bu qədər adam yığıb gətirmisiniz? Su-zad yoxdu, uzağı kəsin bunların saçlarını gedin, saçlarını boyamaq səliqəyə salmaq lazım deyil!” cümləsini eşitdik…
Əlbətdə ki, özumu irəli verib, “Saçlarını boyamadan, səliqəyə salmadan heç bir yerə gedən deyilik. Lazımdırsa vedrələrlə su gətirib yuyarıq” – dedim. Elə bundan sonra başladı, nə başladı. Demək, biz şükür eləməliyik ki, bizi qapıdan içəri buraxdılar, bunlara lazım deyilmiş bu.
Nə isə, qalxdıq otaqlara. Aman-Aman! İydən otaqlara girmək olmur. Su saatla verilir, o da uzağı bir saat. Bizimki də gətirmədi. Olsun! Vedrə əlimizdə 5-ci mərtəbəyə qalxdıq. Insanlar deyir ki, su yoxdur! Demək 4-cü mərtəbə 5-ci mərtəbəyə su vermir. Bir vaxtdan sonra qırışa-qrırışa su tapdıq. Hansı zamanda yaşayırıq? Ağır xəstələrin otaqlarında su yox. Hələ ağlaya ağlaya üstümüzə qaçan qocaları demirəm…
Belə mənzərə ilə rastlaşmaq dəhşətli idi. Qocalar evinin direktoru hansı işlərlə məşğul olur?! İnanın, orada olan yaşlı insanlar baxışları ilə elə bil yalvarırdılar ki, buradan onları götürsünlər. Belə şəraitdə onlar sadəcə məhv olurlar! Aidiyyatı qurumlar bu ciddi problem ilə niyə məşğul olmurlar?! Yaşlı insanlara belə davranmaq olmaz!”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button