ArxivXəbər lentiXəbərlər

Qiyas İbrahimovun anası Polis İdarəsinə aparılıb

“Anam işə getmək üçün bir saat yarım əvvəl evdən çıxdı. İndi zəng elədi ki, o polis idarəsindədir. Yəqin məni aparsınlar deyə belə elədilər”
Bir neçə dəqiqə sonra Qiyas İbrahimov atası Həsən İbrahimovun da saxlanılması haqqında məlumat paylaşıb. Onun sözlərinə görə Həsən İbrahimov 25-ci polis bölməsinə anası Şura Əmiraslanovanın yanına gedərkən ona Şura Əmiraslanovanın burada olmadığı barədə məlumat veriblər:
“Daha sonra zəng elədim və atam bildirdi ki, anam da həmin bölmədədir. Heç bir məlumat vermirlər ki, nə istəyirlər.
Həmçinin, anamın səhhəti pisləşib və onun üçün təcili yardım çağırılıb”
Xatırladaq ki, Nida Vətəndaş hərəkatının üzvü, keçmiş siyasi məhbus Qiyas İbrahimov Heydər Əliyevin abidəsində siyasi şüarlar yazdıqdan sonra həbs edilərək qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qiyas İbrahimov bu ilin martın ayında azadlığa buraxılıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button