ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “C.Uorlik işğal olunmuş ərazilər dedikdə Qarabağı nəzərdə tutmur”

“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, digər məsələ status məsələsidir: “Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın”.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, amerikalı həmsədr C.Uorlikin bu dediklərində heç bir yeni mövzu yoxdur: “Minsk qrupu üzvləri işğal olunmuş ərazilər dedikdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan rayonlardan bəhs edirlər. Onlar artıq Dağlıq Qarabağı Azərbaycan torpaqları hesab etmirlər. Digər tərəfdən, işğal olunmuş adı ilə qeyd etdikləri ərazilərin belə tam şəkildə qaytarılması ilə bağlı Azərbaycan hökuməti və həmsədr dövlətlər arasında ümumi bir fikir mövcud deyil. Madrid prinsiplərində işğal edilmiş ərazilərin qaytarılması səslənir. Amma bunun nə vaxt, hansı şərtlər və zəmanətlərlə, hansı hissəsi barədə ciddi fikir müxtəlifliyi mövcuddur. Bu günlərdə də Azərbaycanın ölkə başçısı ilə Ermənistanın ölkə başıçısının yenidən görüşüb müəyyən müzakirələrin aparılması isə bu illər ərzində reallaşan görüşlərdən biri olacaq. Bu cür görüşlər əsasən ictimai rəyi təskinlik verməkə bağlı atılan addımlardır. Minsk qrupunun həmsədr ölkələri-Rusiya, Fransa və ABŞ beynəlxalq hüququn aliliyini dillərinə gətirməsələr, BMT-də Azərbaycanın ərazi bütövlüyünə səs verməsələr, BMT TŞ-nın qətnaməsinə görə Ermənistan ordusunun çıxarılmasını şərt kimi qoymasalar, Azərbaycan da Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini nəzərədə tuta biləcək bir sənəd imzalamasa, bu münaqişə hələ də davam edəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button