ArxivIslamXəbər lentiXəbərlər

QDTİB Azərbaycanda milli valyutada istiqraz buraxacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda milli valyutada istiqraz emissiya etməyə hazırlaşır. qafqaz.ir -Economics”in məlumatına görə, bu barədə Rusiyanın “İzvestiya.iz” portalına müsahibəsində QDTİB-in prezidenti Dmitri Pankin bildirib.

Onun sözlərinə görə, milli valyutada kreditləşmə 2007-2008-ci illərdə yaşanan maliyyə böhranının nəticəsidir. Belə ki, həmin dövrdə inkişafda olan ölkələrin milli valyutaları kəskin ucuzlaşmışdı: “Sahibkarlar anladı ki, krediti dollarla, mənfəəti isə milli valyutada əldə etmək olduqca risklidir. Buna görə də, kreditləşmənin yerli valyutada aparılması ABŞ hökumətinin hesabların bağlanmasına dair tətbiq edə biləcəyi sanksiyaları nəticəsi olaraq dollardan imtina ilə bağlı deyil, bu, sadəcə likvidliyin düzgün idarə olunmasıdır”.

D. Pankin əlavə edib ki, QDTİB müəyyən bir ölkədə milli valyutada istiqrazlar emissiya edir və milli banklar və yerli kredit təşkilatlarının köməyi ilə onları yerləşdirir. Sözügedən qiymətli kağızların yerləşdirilməsindən milli valyutada əldə olunan vəsait böyük yerli layihələrin və yaxud xüsusi proqram çərçivəsində banklar vasitəsilə kiçik və orta biznesin kreditləşməsində istifadə olunur.

 

“Artıq beli bir sxem Gürcüstan, Rumıniya və Ermənistanda işlənilib. Hazırda isə biz Azərbaycanda yerli valyutada istiqraz emissiya etməyə hazırlaşırıq”, – deyə D. Pankin qeyd edib.

Qeyd edək ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr – Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda bankın nizamnamə kapitalı 3,45 milyard, səhm kapitalı isə 2,3 milyard avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 faiz paya malikdir. Bank fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 34 layihə üzrə 339 milyon avro məbləğində kredit ayırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button