ArxivXəbər lentiXəbərlər

Azərbaycanda bank kreditlərinin faizləri artıb

Azərbaycan Respublikası Mərkəzi Bankı bir aydan az müddət ərzində ikinci dəfə olaraq bank kreditlərinin faizini artırıb.

İqtisad Nyuzun məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankı likvidliyin banklardan çıxmasının qarşısını almaq və bu ölkənin milli valyutasına təzyiqi azaltmaq məqsədilə əsas faizi artırıb.

Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, əsas bank faizi 7% artıb. Bu rəqəm 2008-ci ildən indiyə qədər bu ölkədə ən yüksək bank faizi hesab olunur.

Məlumata görə, 2008-ci ildə bank faizi 5% olmuşdur.

Ötən ayda bank faizinin artması təxminən 5 ildən sonra ilk dəfə baş verdi və bu ölkənin iqtisadiyyatına etimadı o qədər də qaytara bilmədi.

Qeyd edək ki, ötən bir il ərzində Azərbaycan Respublikasının valyutası xarici valyutalar qarşısında 50% devalvasiyaya uğramışdır.

Neftin qiymətinin ucuzlaşması və manatın devalvasiyası ardınca, hazırda böyük iqtisadi böhranlar Azərbaycan Respublikası hökumətinin qarşısında duran ciddi problemə çevrilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button