ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Qasim Süleymani: 33 günlük müharibə dayanmasaydı sionist rejim ordusu məhv olacaqdı

İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Qüvvələrinin komandiri general-mayor Qasim Süleymani 20 ildən sonra ilk dəfə olaraq mətbuata müsahibə verib.

İran, beynəlxalq aləm və regionda baş verən məsələlərə toxunan dünya şöhrətli general Hizbullah və sionist rejim arasında baş verən 33 günlük müharibə, onda istifadə olunan taktika, strategiya və Ali Məqamlı Rəhbərin tövsiyələri barədə ətraflı danışıb.
Qasim Süleymani həmçinin bildirib ki, əgər 33 günlük müharibə dayanmasaydı, sionist rejim ordusu məhv olacaqdı.

Müharibənin necə dayandığından danışan general deyib:
Həməd Ali-Xəlifə o vaxt BMT-də idi və vasitəçilik edirdi. Livana gəlib-gedirdi. O sonralar dedi: “O günlər amerikalılar müharibənin dayanması barədə söhbət açılmasına icazə vermirdilər. Mən məyus olmuşdum. İstirahət etmək üçün öz evimə getmişdim. Birdən “İsrail”-in BMT-dəki səfiri tələsik halda mənim yanıma gəldi. Çox tələsik və özünü itirmiş halda mənə dedi ki, bəs haradasan? Dedim: – Nə olub? Təzə hadisə baş verib? Dedi: – Gedək BMT-yə. Gəldim, gördüm xəbis Con Bolton da çox narahat və iztirab içində get-gəl edir. Hər ikisi mənə dedilər ki, müharibə elə indi dayansın. Bunun səbəbini soruşduqda dedilər ki, əgər müharibə dayanmasa “İsrail” ordusu dağılacaq və məhv olacaq.”
Çünki israillilər özlərinin qabaqkı bütün şərtlərini pozmuşdular. Hizbullahın şərtlərini qəbul etməyə məcbur oldular və atəşkəs yarandı.
Bu, Hizbullah üçün böyük qələbə idi. Bu, təkcə qələbə deyildi, üstəlik sionist rejiminin Livana hücum təsəvvürünə son qoydu. Hətta sionist rejimin bütün hücum təsəvvürlərinə təsir qoydu.
33 günlük müharibədən sonra sionist rejimin Ben-Qurionun müharibədə hücum strategiyasını yavaş-yavaş müdafiə strategiyasına dəyişdirdi.
Siz gördünüz ki, bir neçə həftə bundan əvvəlki hadisədə və Hizbullahın öz iki şəhidinin intiqamını alacağını deməsi, buna görə sionist rejimini vuracağı ilə təhdid etməsindən sonra israillilər sərhəd xəttindən 3-5 km-ə qədər daxilə çəkildilər. Belə ki, “Əl-Məyadin”-in müxbiri tikanlı məftillərdən o tərəfə keçdi və dedi: Mən işğal edilmiş Fələstindən sizə xəbər verirəm.
Bu 33 günlük müharibənin təsiri idi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button