ArxivXəbər lentiXəbərlər

İranlı nazir müavini: “Azərbaycanla avtomobil, məişət əşyaları və ərzaq məhsullarının istehsalı sahəsində əməkdaşlığı davam etdirəcəyik” Böyüt

“Azərbaycan İran üçün iqtisadi və sənaye sahəsində əməkdaşlıq üçün önəmli ölkələrdən biridir. İki ölkə arasında əməkdaşlıq inkişaf etdirilməkdədir Bu il Azərbaycan və İran üçün ciddi əməkdaşlığın başlanğıc ili olacaq”.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın ticarət, sənaye və mədən nazirinin müavini Məhəmmədrza Fəyyaz deyib.

“Azərbaycan bizimlə qonşu və eyni dinə mənsub ölkədir. İranın böyük bir hissəsi Azərbaycan dilində danışır”, – deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, ticarət və sənaye sahəsində çalışan iranlı və azərbaycanlı iş adamları arasında bəzi anlaşmalar əldə olunub: “Sevindirici haldır ki, iş adamları arasında müştərək əməkdaşlıq üçün yaxşı anlaşmalar əldə olunub. Ümid edirik ki, bəzi avtomobil istehsalçılarımız Azərbaycanda fəaliyyətə başlayacaq. Biz müştərək əməkdaşlıqda diqqəti daha çox üç sahəyə yönəltmişik. Avtomobil, məişət əşyaları və ərzaq məhsulları istehsalı sahələrində birgə əməkdaşlığımızı davam etdirəcəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button