ArxivXəbər lentiXəbərlər

Türkiyədə polis idarəsinin rəisinə silahlı hücum olub

Türkiyənin Rizə şəhərindəki Polis İdarəsində silah səsləri eşidilib. FaktXəbər bildirir ki, bu barədə “NTV” məlumat yayıb.

Polis idarəsinin binasından bəzi yaralılar təcili tibbi yardım maşını ilə çıxarılıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu qeyd edib ki, Rizə Polis İdrəsinin rəisi döyülüb və xəstəxanaya aparılıb.

Rizə Polis İdarəsinin rəisi Altuğ Verdinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı açıqlanmasa da, binada mübahisə əsnasında polis əməkdaşlarından birinin rəisə atəş açdığı ehtimal olunur. Silahlı hücumu təşkil etmiş polis əmumuru saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button